Dərc edildi: Baxış sayı: 645
Koroğlu - Bu gün dava günüdü
Dəlilərim, bu gün dava günüdü,
Müxənnət öIkəsİ talanmaq gərən!
Qoç igidlər yarasından bəllənər,
Şərbət tək qanına yalanmaq gərən!
Mərd igidlər nərə çəksin davada,
Şahin kimi şikar tutsun yuvada,
Misri qılınc cövlan vursun havada,
Bağırsaq cəmdəyə dolanmaq gərək!
Koroğlu içəndə düşmən qanını,
Mərd meydanda nərəsindən tanını,
Qırın vəzirini, tutun xanını
Leş-leşin üstünə qalanmaq gərək!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət