Dərc edildi: Baxış sayı: 725
Koreya rəsmisi Azərbaycana gəldi
Koreya Respublikası Milli Assambleyasının Sədri Mun Hi-sanq oktyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Axar.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Mun Hi-sanqı hava limanında Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşıladılar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət