Slimfit
  1. MƏDƏNİYYƏT

“Kor ərəbin mahnısı” və “Talandı torpağımız”

“Kor ərəbin mahnısı” və “Talandı torpağımız”
Sakura

“Kor ərəbin mahnısı” və “Talandı torpağımız”

Tanınmış sənətçi, Əməkdar artist Aybəniz Haşımovanın rəhbərlik etdiyi Sənət Akademiyasının yetirmələrinin “Kor ərəbin mahnısı” və “Talandı torpağımız” adlı layihələrinin (kliplərinin) təqdimat mərasimi keçirilib.

Oxu.Az-ın xəbərinə görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan təqdimatda Sənət Akademiyasının yetirmələri ilə yanaşı, tanınmış sənət adamları, ziyalılar, millət vəkilləri iştirak ediblər. 

A.Haşımova təqdimat mərasimində qısa çıxışı zamanı çox həyəcanlı olduğunu bildirib:

“Sırf özümlə bağlı təbdir olanda elə bir həyəcan keçirmirəm. Amma sənətdə yeni-yeni addım atmağa başlayan və başladıqları andan da öz istedadları ilə seçilən azyaşlı, yeniyetmə sənəçilərlə bağlı çox böyük həyəcan keçirirəm.

Bu həyəcan onlara olan etimaddan, inamdan irəli gəlir. Onlar o qədər istedadlı, gələcəyi parlaq olan uşaqlardır ki, həyəcanlanmaya, duyğulanmaya bilmirsən. Bu gün özünüz də bunun bir daha canlı şahidi olacaqsınız, onlar öz istedadları, öz ifa tərzləri hər kəsi bir daha həyəcanlandıracaq, duyğulandıracaq, kövrəldəcək”.

Sonra Sənət Akademiyasının yetirməsi, doqquz yaşlı Həsən Əliyevin ifasında dahi Hüseyn Cavidin sözlərinə yazılmış və onun ruhuna ithaf olunmuş “Kor ərəbin mahnısı” və akademiyanın digər yetirmələrinin sözləri istiqlal şairi Bəxtiyar Vahabzadəyə, musiqisi böyük sənətkar, Xalq artisti Niyaməddin Musayevə aid olan “Talandı torpağmız” mahnısının klipi nümayiş etdirilib.

Balaca və yeniyetmə yaşlarında olan ifaçıların ifası, çəkildikləri kliplər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə Sənət Akademiyasının Azərbaycan, Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı gördüyü işlərin, xüsusilə Türkiyədə keçirilən təbdirlərin qısa hesabatı dinlənilib.

Təqdimat mərasimində iştirak edən millət vəkili Qənirə Paşayeva A.Haşımovaya və onun istedadlı uşaqlardan ibarət Sənət Akademiyasına gördüyü işlərə, göstərdikləri fəaliyyətə görə minnətdarlığını bildirib.

Qeyd edib ki, bu, sənətə, mədəniyyətə, Azərbaycan dövlətinə əsl xidmət nümunəsidir:

“Aybəniz xanım, nə yaxşı ki, siz bu sənətdə oldunuz. Nə yaxşı ki, başqa sahənin dalınca getmədiniz. Yoxsa Azərbaycan mədəniyyətində, Azərbaycan incəsənətində, əsl sənət dünyasında bir boşluq olardı. Çünki siz sənətə, mədəniyyətə xidmət edirsiniz.

Sənətə, mədəniyyətə aid olmayan elementlərin bu sahəyə ayaq açmasına, yol tapmasına gücünüz yetən dərəcədə imkan vermisiniz. Siz və yetirmələriniz, gözəl, istedadlı tələbələriniz əsl sənətə xidmət edirsiniz, Azərbaycanın dərdləri, faciələri, uğurları ilə nəfəs alırsınız və onu öz yüksək yaradıcılığınızla tərənnüm, təcəssüm etdirirsiniz. Bu, əsl fədakarlıqdır, həm dövlət, xalq naminə, həm də sənət naminə göstərilən fədakarlıqdır”.

Xalq artisti Niyaməddin Musayev belə bir gecəyə və təqdimata görə A.Haşımovaya və Sənət Akademiyasının yetirmələrinə minnətdarlığını ifadə edib:

“Bilirsiniz, müğənnilər, oxuyanlar, sənətçilər çoxdur. Məsələn, birinin səsi var, pis-yaxşı oxuyub, gedir, bununla işini bitmiş sayır. Müğənni, sənətçi var ki, gözəl səsə  və gözəl yaradıcılığa malikdir.

O, öz missiyasını yalnız bunda görür. Amma müğənni, sənətçi də var ki, həm gözəl ifaya, həm gözəl yaradıcılığa malikdir, həm də gözəl işlərlə, layihələrlə çıxış edir, ortaya çıxır. Aybəniz xanım da məhz sonuncu kateqoriyaya aid olan gözəl sənətçilərimizdəndir.

O, neçə illərdir ki, Azərbaycan, Qarabağ həqiqətləri ilə bağlı layihələr ortaya qoyur, onları yaradıcılıq formasında təzahür etdirir. Bu gün də biz bir daha bunun şahidi olduq. Bu, böyük zəhmət və xidmətdir. Aybəniz xanıma və tələbələrinə bu işlərinə görə yalnız və yalnız minnətdarlıq düşür”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR