Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kor bağırsaq

Kor bağırsaq
Sakura

Kor bağırsaq

Kor bağırsaq - lat. cecum; yun. typhlon yoğun bağırsağın qalça bağırsağa açılan yerindən aşağı olan hissəsinə deyilir; uzunluğu 6-8 sm və eni 7-7,5 sm olub, sağ qalça çuxurunda, pupart bağından yuxarı, qalça fassiyası üzərində yerləşmişdir. Çox vaxt kor bağırsaq hər tərəfdən periton ilə örtülü olur; ona görə də çox mütəhərrikdir; bəzən arxa səthi periton ilə örtülü olmayıb qarın boşluğunun arxa divarına bitişir. kor bağırsaq içəri tərəfdən uzun, silindirəbənzər və 1,0-1,5 sm diametrində bir çıxıntı gedir, buna soxulcanabənzər artım (çıxıntı) - lat. appendix vermiformis (processus vermiformis s. appendix - BNA) deyilir. uzunluğu çox müxtəlifdir - 2 sm-dən 20 sm-ə qədər tərəddüd edir, orta hesabla 7-9 sm-ə çatır. Bunun içərisi boşdur və lat. ostium appendicis vermiformis adlanan dəlik vasitəsilə kor bağırsağa açılır. Həmin dəliyin ətrafında selikli qişadan əmələ gəlmiş və aypara əklində bir qapaq - lat. valvula appendicis vermiformisvardır. Kor bağırsaq və soxulcanabənzər çıxıntı birlikdə filogenez və ontogenez cəhətcə vahid üzv qəbul edilməlidir; inkişaf dövründə qeyri-bərabər böyüməsi nəticəsində kor bağırsağın aşağı ucu zəif inkişaf edərək soxulcanabənzər çıxıntıya çevrilir. Yenidöğulmuşlarda kor bağırsaq yavaş- yavaş soxulcanabənzər çıxıntıya krçir, belə ki, onların hüdudu bir o qədər məlum olmur. bəzən belə bir hala yetişmiş şəxslərdə də anomaliya olaraq təsadüf olunur. Soxulcanabənzər çıxıntı hər tərəfdən periton ilə örtülüdür, ona görə onun xüsusi çözü (müsariqəsi) - lat. mesoappendix (mesenteriolum processum vermiformis) vardır. Bu çıxıntının vəziyyəti çox müxtəlifdir:

  1. enən vəziyyət - 40-45% hallarda təsadüf edilir; bu zaman lat. appendix vermiformis çanağın hüdudi xəttini çarpazlayaraq, kiçik çanağa sallanır və qadınlarda uşaqlıq borusuna və sağ yumutralığa söykənir.
  2. Bayır ya sağ vəziyyət (25%) - kor bağırsağın sağ tərəfində, kor bağırsaqla qarın divarı arasında yerləşir.
  3. İçəri ya sol vəziyyət (17-20%) - bu zaman soxulcanabənzər çıxıntı qalça bağırsaqla kor bağırsaq altındakı çuxurda (lat. fossa subcecalis) yerləşir (subsekal vəziyyət) ya qalça bağırsağı öndən ya arxadan çarpazlayır.
  4. Qalxan vəziyyət (13%) - belə halda lat. appendix vermiformis kor bağırsağın arxasında (lat. fossa retrocecalis) yerləşir (retrosekal vəziyyət); belə olduqda onun çözü olmur.

Qalça bağırsağın kor bağırsağa açılan yerində qalça kor bağırsaq qapağı - lat. valva ileocecalis (valvula coli s. ileocecalis Bauhini - BNA) vardır. Bu qapaq qıf şəklində olub iki dodaqdan ibarətdir: aşağı dodaq - lat. labium inferiusvə yuxarı dodaq - lat. labium superius. bunlar selikli qişa büküşlərindən əmələ gəlmişdir; burada həlqəvi əzələ lifləri vardır. Yuxarı və aşağı dodaqlar arasında olan uzunsov dəlik - lat. ostium ileocecale qalça bağırsağı kor bağırsaqla birləşdirir. dodaqların ucları bir-biri ilə birləşərək, hər tərəfdə birər köndələn büküşə - qlça kor bağırsaq yüyəninə - lat. frenulum valvae ileocecalis (frenulum valvulae coli -BNA) keçir. Kor bağırsaq dolduqda həmin yüyənlər gərginləşir və dodaqlar bir-birinə yaxınlaşaraq qapağın dəliyini örtür; beləliklə kor bağırsağa keçən qida qalığı geriyə qayıtmır. Qalça bağırsağın kor bağırsağa keçən yeri Monroy xəttinin (göbək ilə qalça sümüyünün ön yuxarı tinini birləşdirən xəttin) ortasında yerləşmişdir; bu yerə cərrahlıqda Mark-Burney nöqtəsi deyilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR