Slimfit
  1. CƏMİYYƏT

Kondisionerin koronavirusun yayılmasında rolu - Professordan AÇIQLAMA

Kondisionerin koronavirusun yayılmasında rolu - Professordan AÇIQLAMA
Sakura

“Kondisioner bir xəstədə olan virusu havaya yaya bilər. Buna görə də koronavirusla əlaqədar avtobuslarda…

Ens.az xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qoyulan məhdudiyyəti şərh edərkən belə deyib.

A.Qeybulla kondisioner vasitəsi ilə daha çox insanların virusa yoluxa biləcəyini bildirib:

“Kondisioner bir xəstədə olan virusu havaya yaya bilər. Buna görə də koronavirusla əlaqədar avtobuslarda kondisioner işlədilməməlidir. Əvvəllər də avtobuslarda kondisioner yox idi, onda da insanlar yaşayırdı. Pandemiya dövrdur, insanlar buna uyğunlaşmalıdır. Avtobuslarda sosial izolyasiya qaydalarına əməl olunmalıdır; ayaq üstə adam olmamalıdır, bütün oturacaqlarda oturulmamalıdır. Ən qorxulu xəstələr, testi pozitiv çıxan, amma heç bir əlaməti olmayan xəstələrdir. Onlar özlərindən asılı olmayaraq, xəstəliyi yaymağa daha meyllidirlər. Hesab edirəm ki, hər kəsə potensial koronavirus xəstəsi kimi baxılmalıdır”.

Cəvahir

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR