Slimfit
  1. TEXNOLOGİYA

Kompüterlərə 5 dəqiqəlik müdaxilə edilir - Qarçısıalınmaz metod

Kompüterlərə 5 dəqiqəlik müdaxilə edilir - Qarçısıalınmaz metod
Sakura

İstifadə etdiyiniz ən müasir və bahalı kompyuterlərə belə müdaxilə etmək mümkündür

İstifadə etdiyiniz ən müasir və bahalı kompyuterlərə belə müdaxilə etmək mümkündür. Bunun üçün hakerlərə maksimum 5 dəqiqə vaxt lazımdır.

Publika.az xəbər verir ki, bu barədə Finlandiyanın "F-Secure" şirkəti məlumat yayıb. İnformasiya təhlükəsizliyi və məxfilik proqramlarının hazırlanması ilə məşğul olan şirkət mütxəssisləri tərəfindən aparılan araşdırmanın nəticələri bunu deməyə imkan verir.

Hakerlərin istənilən kompyuterə fiziki giriş imkanının olması kifayətdir ki, 5 dəqiqə müddətində istənilən informasiyanı köçürə bilsin. Hücum "perezaqruzka"(yenidən yükləmə) funksiyasının köməyilə həyata keçirilir. Bunun üçün kompyuterdə icra edilən əmrləri tamamlanmadan kompüteri söndürmək və ya yenidən yükləmək bəs edir. Bundan sonra əməli yaddaşda əlçatan olan məlumatların bərpası proqramı işə salınır.

Müasir kompüterlər öz əməli yaddaşını yenidən yazmaq qabiliyyətinə malik olsalar da, bu prosesi deaktiv etmək olar, çünki onu idarə edən tətbiqlər fiziki müdaxilədən müdafiə edilməyiblər. Haker əməli yaddaşın yenidən yazılmasını deaktiv edərək fləş kartın köməyi ilə hücum həyata keçirə bilir.

Xatırladaq ki, şirkət araşdırma nəticələrini dünyaca məşhur "Apple", "Microsoft" və "Intel" kimi kompüter istehsalçılarına göndərərək yeni istehsal prosesində bu məqamı diqqətdə saxlamağa çağırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR