Slimfit
  1. TEXNOLOGİYA

Kompüter elektronikası bazarında durğunluq proqnozlaşdırılır

Kompüter elektronikası bazarında durğunluq proqnozlaşdırılır
Sakura

Kompüter elektronikası bazarında durğunluq proqnozlaşdırılır

“Gartner”in analitiklərinin proqnozuna görə, 2019-cu ildə qlobal fərdi kompüter bazarında durğunluq davam edəcək, 2021-ci ilədək tədarük həcminin azalması tendensiyası güclənəcək. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu il fərdi kompüter istehsalçıları 258,3 milyon qurğu buraxacaqlar. 2018-ci illə müqayisədə tədarük həcmi 0,6% azalacaq.
 
ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ənənəvi fərdi kompüter seqmentində tədarük həcminin 3% azalaraq 189 milyon olacağı gözlənilir. Ultraportativ cihazlar kateqoriyası üzrə 64,5-dən 68,87 milyonadək artım qeydə alınacaq.
 
Tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2021-ci ilədək peşəkar istifadə üçün fərdi kompüter bazarının 75%-i “Windows 10” sisteminin idarəetməsi altında işləyəcək.
 
2020-ci ildə kompüterlərin tədarük həcmi 257,3 milyon, 2021-ci ildə isə təxminən 255 milyon təşkil edəcək.
 
Emil Hüseynov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR