`Kommersant` qəzetinin 11 əməkdaşı işdən qovulan həmkarlarına görə istefa veriblər
Cari ilin 17 aprelində "Kommersant" qəzetinin jurnalistləri Maksim İvanov və İvan Safranov Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun vəzifəsindən gedəcəyi haqda məlumat dərc ediblər.
Faktxeber.com məlumat verir ki, məqalədə həmçinin qeyd olunub ki, Xaric Kəşfiyyat Xidmətinin rəhbəri Sergei Naryshkin mayda Matviyenko-nun yerinə gətirilə, o isə dövlət Pensiya Fondunda vəzifəyə aparıla bilər.
Yazı ictimai müzakirələrə səbəb olub. Bu gün isə "Kommersant"ın əməkdaşlarına fəaliyyətlərinin dayandırılması haqda göstəriş gəlib.
Qeyri rəsmi mənbələr bildirir ki, göstəriş "Kommersant"ın sahibi, oliqarx Alişir Usmanov tərəfindən verilib.
Öz həmkarları ilə həmrəylik nümayiş etdirəm qəzetin 11 müxbiri sosial şəbəkələrdə məlumat paylaşaraq qeyd ediblər ki, "Kommersant"da fəaliyyətlərini dayandıracaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət