Slimfit
  1. SİYASƏT

Komitə sədri gənclərə səsləndi: “Gənclər yenədə də nümunə göstərib koronavirusla mübarizədə yaşlıların yanında olacaq”

Komitə sədri gənclərə səsləndi: “Gənclər yenədə də nümunə göstərib koronavirusla mübarizədə yaşlıların yanında olacaq”
Sakura

Azərbaycan nadir ölkələrdəndir ki, ölkə başçısı tərəfindən vaxtında atılan addımlar nəticəsində koronavirus…

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədri Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vaxtında bu istiqamətdə atdığı təxirəsalınmaz addımları nəticəsində pandemiya digər ölkələrdən fərli olaraq ölkəmizdə geniş vüsət ala bilmədi. 

“Siz təsəvvür edin ən yaxın qonşu ölkələrimizdə, hətta dünyanının inkişaf etmiş, güclü  ölkələrində yeni növ koronavirus pandemiyasının tüğyan etməsi nəticəsində gündə yüzlərlə insan dünyasını dəyişir və bu epidemiyaya yoluxma halları qeydə alınır. Hətta inkişaf etmiş ölkələrdə bu pandemiya çox faciəvi və acınacaqlı nəticələrə gətirib çıxarıb. Bu ölkələrdə səhiyyə yüksək inkişaf etsə də, heç kim özünü yayılan pandemiyadan sığortalaya bilmir. Lakin Azərbaycanda tamamilə fərqli situasiyadır. Azərbaycan Prezidenti tərəfindən vaxtında məsələyə ciddi yanaşaraq təxirəsalınmaz tədbirlər görməsi və bununla bağlı yol xəritəsini müəyyən etməsi nəticəsində vəziyyəti nəzarətdə saxlamaq mümkün olub”, - deyə komitə sədri deyib.
Komitə sədri deyib ki, epidemiya hələ digər ölkələrdə yayılmağa başladığı bir zamanda qabaqlayıcı addım ataraq dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və qərargah 24 saat fəaliyyət göstərir.

“Bundan əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edilir və onların tövsiyyələri nəzərə alınır. Bununla belə koronavirusa qarşı mübarizənin effektivliyini təmin etmək üçün Koronavirusla Mübarizə Dəstək Fondu yaradılıb. Hər zaman olduğu kimi bu məsələdə də ölkə başçısı və Birinci vitse-prezident cəmiyyətə örnək olaraq mübarizənin önündədirlər. Ölkə başçısının sərəncamı ilə büdcədən Fonda 20 milyon manata, daha sonra özünün bir illik əməkhaqqını ianə etdi. Bu nümunəni Birinci vitse-prezident Mehriban xanım Əliyeva da  göstərdi. Artıq cəmiyyətin müxtəlif təbəqələri, o cümlədən millət vəkilləri maaşlarının müəyyən hissəsini həmin Fonda köçürüb. Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri də maaşlarının müəyyən qismini koronavirusla mübarizəyə qarşı effektiv mübarizəni təşkil etmək üçün köçürüb.

Bundan əlavə olaraq martın 24-dən etibarən ölkədə bir aylıq karantin rejim tətbiq olunub. Ümumiyyətlə görülən işlər nəticəsində pandemiyanı nəzarətdə saxlamaq mümkün olub. Azərbaycan bu istiqamətdə atdığı addımlar da  ÜST və beynəlxalq aləm tərəfindən yüksək dəyərləndirilir. Artıq dünya Azərbaycan təcrübəsini öyrənir”, - komitə sədri qeyd edib.

S. Qurbanov onu da əlavə edib ki, Prezident tərəfindən təkcə koronavirusla mübarizəyə qarşı deyil, eyni zamanda bu sahədə çalışan tibb işçilərinin fədakarlığını qiymət verərək, onların maaşlarının 3-5 misli  həcmində əlavə edilməsi barədə sərəncam imzaladı:

“İşlər bununla bitmədi. Prezidentin sərəncamı ilə ölkə iqtisadiyyatına, sahibkarlığa və əhalinin həssas təbəqəsinə dəyəcək  mənfi təsirlərin aradan qaldıırlması  məqsədi ilə büdcədən bir milyard manata vəsait ayrıldı. Ayrılan vəsaitin ünvanlılığını təmin etmək üçünsə müxtəlif İşçi qruplar yaradıldı və həmin İşçi qruplar bu istiqamətdə fəaliyyət göstərməkdədirlər.

Azərbaycan Prezidenti ölkə vətəndaşının sağlamlığının müdafiəsi və təhlükəsizliyinin daha səmərəli formada təşkili məqsədi ilə martın 24-dən etibarən bütün ölkə ərazisində karantin rejimin tətbiq edilib. Tətbiq edilən rejimə uyğun olaraq ciddi özünütəcrid addımları həyata keçirilməkdədir. Məqsəd  vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınmasıdır. Biz bu qabaqlayıcı tədbirləri görməklə özümüzü, dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq.Ən ciddi qaydalr yaşlı insanlarla bağlı tətbiq edilib. Çünki ən riskli qrup yaşlı insanlardır.

Yaşlı tənha insanların təminatını təchiz etmək məqsədi ilə ölkə başçısı tərəfindən müvafiq dövlət quurmlaırna tapşırıq verilib və onlar bu işi həyata keçirməkdədirlər. Amma ölkə başçısının dediyi kimi burada  könüllülərə də ehtiyac var. Ölkə başçısı bu məqsədlə  çoxminli könüllülər ordusuna da müraciət edərək bu işlərə qoşulmalarını istəyib. Hesab edirəm ki, könüllülərimiz bu işdə aktiv olacaq və öz töhfələrini verəcəklər. Könüllülərimiz, xüsusən də bütün sahələrdə ön cərgədə olan gənclərimiz  xalqımızın adət-ənənələri, milli-mənəvi, dini dəyərlərinə sadiq qalaraq ölkə başçısının bu, çağırışına səs verəcəklər. Onlar həm yaşlı nəslə, həm də dövlətimizə dəstək olacaqlar. Gənclik hər zaman cəmiyyətin aparıcı qüvvəsi və nümunə  olduğu kimi, bu dəfə də öz sözünü deyəcək, növbəti dəfə nümunə olacaqlar”.

Komitə sədri son olaraq vətəndaşları karantin rejimi ilə əlaqədar olaraq tətbiq olunan qaydalara ciddi riayət etməyə, birlik, həmrəylik nümayiş etdirməyə səslədi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR