Dərc edildi: Baxış sayı: 375
Komitə sədri: “Bəzi aparıcılar sanki “balaca səhiyyə naziri” olublar”
“Bəzi özəl televiziyalarda şou proqramlara yenidən baxılmalıdır. Çünki bəzi aparıcılar sanki ölkənin “balaca səhiyyə naziri” olublar”.
Oxu.Az-ın məlumatına görə, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında deyib.
O bildirib ki, aparıcılar bəzi həkimləri reklam edərək, bir nömrəli mütəxəssis olduqlarını vurğulayırlar:
“Guya bu həkimdən yoxdur. Yanına getsəniz, sizi sağaldacaq. Hesab edirəm ki, bu məsələ qanunla tənzimlənməlidir. Bunun üçün “Reklam haqqında” qanuna baxılmalıdır. Yaxşı həkimin reklama ehtiyacı yoxdur. Bunu edənə tənqidi baxmaq lazımdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət