Slimfit
  1. AZƏRBAYCAN

Komissiya həmsədri: “Gürcüstan-Azərbaycan sərhədinin 10-12 hissəsi üzrə işlər aparılır”

Komissiya həmsədri: “Gürcüstan-Azərbaycan sərhədinin 10-12 hissəsi üzrə işlər aparılır”
Sakura

Komissiya həmsədri: “Gürcüstan-Azərbaycan sərhədinin 10-12 hissəsi üzrə işlər aparılır”

“Gürcüstan və Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın iclası gələn həftə keçiriləcək. İclasın dəqiq tarixi müəyyən olunur”.

Report”un yerli bürosu xəbər verir ki, bu barədə komissiyanın Gürcüstan tərəfindən həmsədri, xarici işlər nazirinin müavini Laşa Darsalia ölkənin İctimai televiziyasına açıqlamasında bildirib.

L.Darsalia qeyd edib ki, ötən gün Bakıda keçirilmiş görüş əsasən komissiya sədrləri arasında tanışlıq xarakteri daşıyıb, ekspert qrupları və komissiya iclaslarının detalları razılaşdırılıb.

Onun sözlərinə görə, sərhədin 70%-dən çoxu işçi səviyyədə razılaşdırılıb: “David Qareci kompleksi də daxil olmaqla (Keşikçi Dağı Məbəd-Kompleksi – red.) sərhədin, təxminən, 10-12 hissəsi üzrə hələ iş aparılır”.

XİN rəsmisi qeyd edib ki, məsələ hansısa tərəfin hər hansı bir üstünlük əldə etməsindən ibarət deyil: “Müzakirə əsasən hər iki tərəfin maraqlarının nəzərə alınacağı və hər iki dövlət üçün məqbul olacaq qərarın tapılması istiqamətində aparılır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR