Slimfit
  1. MARAQLI

Kofeni belə hazırlayın ki, ömrünüz uzansın

Kofeni belə hazırlayın ki, ömrünüz uzansın
Sakura

Qəhvənin ömrü uzadan hazırlanma qaydası açıqlanıb

Ens.az saytı bildirir ki, İsveçdən olan alimlər, qəhvə hazırlamağın ömrü uzatma üsulundan danışıb və bildiriblər ki, onu kağız filtrdən keçirmək lazımdır. 

Belə ki, Göteborq Universitetinin əməkdaşları qəhvə içməyin hansı üsulunun ömrü uzatmaq üçün ən faydalı olduğunu müəyyənləşdirən bir araşdırma aparıblar. Onların layihəsi 20 il davam edib və 20 yaşdan 79 yaşa qədər 500 mindən çox kişi və qadın cəlb olunub. Tədqiqat prosesi ərzində 12,621 nəfər ürəyin işemik xəstəliyi nəticəsində, 6202 nəfər, 2894 insult nəticəsində ölüb.

Alimlər insanların istehlak etdiyi qəhvə miqdarını, onun hazırlanma üsulunu, müşahidə olunan pis vərdişləri, boylarını, fiziki fəaliyyətlərini nəzərə aldılar. Bu göstəricilər sağlamlıq vəziyyəti, qan təzyiqi, qandakı xolesterin miqdarı ilə müqayisə edilib.

Nəticədə tədqiqatçılar tərəfindən qəhvənin ömrü uzadan hazırlanma qaydası açıqlanıb. Gündə bir-dörd fincan qəhvə içən insanlar arasında kağız süzgəcindən keçdikdə müxtəlif səbəblərdən ölüm hallarının daha aşağı olduğunu təsbit etdilər. Layihə müəllifləri bildirir ki, kişilərdə süzülmüş qəhvə istehlakı ürək-damar sistemi xəstəlikləri ilə əlaqədar ölüm ehtimalını 12%, qadınlarda 20% azaldır.

 

Mənbə: www.med2.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR