Dərc edildi: Baxış sayı: 430
Kobani ABŞ-a girən kimi həbs edilməlidir - Nazir
196 ölkədə qırmızı bülletenlə axtarışda olan YPG terrorçusu Məzlum Kobani ABŞ-a daxil olduğu anda yaxalanaraq Türkiyəyə təhvil verilməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül deyib.
“ABŞ da bu qırmızı bülleten anlaşmasına riayət etməli olan ölkələrdəndir. Dünəndən etibarən bu mövzu XİN tərəfindən əlaqədar qurumlara çatdırılmışdır”, - Gül bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ən qısa zamanda SDQ rəhbəri Məzlum Kobani ilə görüşmək istədiyini açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət