Slimfit
  1. AZƏRBAYCAN

Kitabxanaçılıqla bağlı qanun dəyişdirilir

Kitabxanaçılıqla bağlı qanun dəyişdirilir
Sakura

Azərbaycanda məcburi nüsxələrin elektron variantları da kitabxanalara təqdim olunacaq

Azərbaycanda məcburi nüsxələrin elektron variantları da kitabxanalara təqdim olunacaq.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı “Kitabxana işi haqqında” qanunun 15-ci (Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı) maddəsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) buraxdığı çap məhsullarının - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın kitabxanasına üç pulsuz məcburi nüsxəsini, profilinə uyğun olaraq, Milli Məclisin və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın kitabxanalarına iki pulsuz məcburi nüsxəsini göndərməlidir.

Həmçinin, dəyişikliyə əsasən, Azərbaycanda nəşr olunan bütün qəzet və jurnal redaksiyaları buraxdığı qəzet və jurnalların iki pulsuz məcburi nüsxəsini kitabxanaya göndərməlidir.

Sifarişçi ilə nəşriyyat arasında bağlanmış müqavilədə nəzərdə tutulduğu halda, bu məcburi nüsxələrin elektron variantları da kitabxanalara təqdim edilməlidir. Kitabxanaların pulsuz məcburi nüsxələrlə (o cümlədən, onların elektron variantları ilə) təchizat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Kitabxana fondunun tərkibinə daxil olan obyektlərdən istifadə qanunun tələblərinə uyğun olaraq həyata keçirilir.

Qeyd olunur ki, təklif olunan dəyişiklik kitabxanaların elektron sistemə keçirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin (MM) yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR