Slimfit
  1. AZƏRBAYCAN

Kitabxana işi ilə bağlı qanun yenilənəcək

Kitabxana işi ilə bağlı qanun yenilənəcək
Sakura

Kitabxana işi ilə bağlı qanun yenilənəcək

Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin komitə iclasları başlayıb.

Oxu.Az-ın xəbərinə görə, ilk olaraq komitə iclasına MM-in Mədəniyyət komitəsində start verilib.

Adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov iclası açaraq bildirib ki, bu il də 2018-ci il kimi, Azərbaycan xalqının həyatında bir çox əlamətdar hadisələrlə zəngin olacaq:

“Bildiyiniz kimi, bir neçə gün öncə ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu il “Nəsimi İli” elan edildi. Bu, elə bilirəm ki, əbədiyyat, mədəniyyət, mənəviyyət hadisəsidir. Eyni zamanda, hesab edirəm ki, “Cümhuriyyət İli” ilə “Nəsimi İli” arasında mütləq bağlılıq var. Cümhuriyyət azadlıq, istiqlal deməkdirsə, Nəsimi də ruhun, düşüncənin azadlığı deməkdir. Odur ki, hər ikisi böyük hadisədir”.

Komitə sədri qeyd edib ki, sessiyada, o cümlədən, bu gün keçirilən iclasda “Milli arxiv fondu haqqında” qanuna dəyişikliklər edilməsi, “Türk Mədəniyyət və İrsi Fondunun maliyyə qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələri və digərləri müzakirə ediləcək.

Komitə sədri “Kitabxana işi haqqında” mövcud qanunun 21 il öncə qəbul olunduğunu, bu baxımdan, onun dövrün reallıqlarına uyğun olaraq, yenilənməsinə ehtiyac yarandığını söyləyib.

O, bu günlərdə ölkə prezidentinin kitabxanlarla bağlı fərmanına toxunaraq, bu yöndə bəzi yanlışlıqlara yol verildiyini bildirib:

“Bəziləri bunu kitabxanların ləğvi kimi izah etməyə çalışır. Əslində, belə deyil. Bu, əslində, kitabxanların fəaliyyətinin daha da yaxşılaşdırılması deməkdir.

Eyni zamanda, kitabxana işi haqqında qanunumuz var ki, onun da qəbulundan uzun dövr keçir. Odur ki, onun da yenilənməsinə, situasiyaya uyğun olaraq, ciddi dəyişikliklər edilməsinə ehtiyac var. Odur ki, bu məsələ gündəmimizdədir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR