Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kitab oxuyarkən gözlərinizi qorumağın yolları

Kitab oxuyarkən gözlərinizi qorumağın yolları
Sakura

Kitab oxuyarkən gözlərinizi qorumağın yolları

Müasir dövrümüzdə ən azı hər on nəfərdən biri, gün ərzində 2- 3 saat, ya kitab, qəzet, jurnal oxuyur, ya da ki, komyuterdən, telefondan istifadə etməklə informasiya əldə edir. Amma oxuyarkən biz bir məsələni unuduruq ki, bu da gözlərimizdir. Çünkü biz əlverişsiz şəraitdə kitab oxuyarkən, gözlərimizin nə qədər yükləndiyinin fərqinə varmırıq.
 

 
Medicina.az xəbər verir ki, əlverişsiz şəraitdə kitab oxuyarkən, gözlərimizin nə qədər yükləndiyinin fərqinə varmırıq.
Kitab oxuyarkən gözlərin yorulmaması üçün tövsiyələri təqdim edirik:
 
- İşığın istiqaməti çox vacibdir. Kitab oxuyarkən işığın yuxarıdan deyil, arxanızda bir işıq qaynağı olmağına diqqət etməlisiniz.
 
- Gözlərin qurumasına mane olmaq sağlamlıq baxımından olduqca vacibdir. Bunun üçün gözləri tez-tez açıb-bağlamaqda fayda var.
 
- Hər bir fəaliyyətlə məşğul olarkən dincəlmək çox vacibdir. Kitab süjet xətti sizi nə qədər özünə bağlasa da, göz sağlamlığınız üçün fasilələr verməyi unutmayın. Buna görə 20-20-20 qaydasını tətbiq edin. Kitab oxuyarkən hər 20 dəqiqədən bir başınızı kitabdan qaldırın. 20 metr uzaqlıqdakı əşyaya 20 saniyə ərzində baxın.
 
- Əgər eynək istifadə edirsinizsə, kitab oxuyarkən mütləq istifadə edin. Probleminiz uzağı və ya yaxını görmək olsa da, fərq etməz.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR