Dərc edildi: Baxış sayı: 772
Kişvəri - Ey pəri, sənsiz pərişan ruzigaram doğrusu
Ey pəri, sənsiz pərişBn ruzigaram doğmsu,
Sən gedəndən bərlü bisəbri qərarəm doğrusu.
Yüz qəmim vardur, vəli bir ğəmküsanm yoxdurur,
Bidilü bidilbərü biğəmküsarəm doğrusu.
Naseha, görsən məni rüsva, məlamet qılma kim,
Tilbəlik canımdadır, biixtiyarəm doğrusu.
Zər vəraq birlə bəzənmiş yüzünü gördüm bu gün,
Vermədim canı yüzündən, şərmisarəm doğrusu.
Mey gətür saqi, məni qurtar namazü rövzədən
Kim, men ol zöhdü riyadən tövbəkarom doğnısu.
ölmüşəm hicrindən cana, vəslidən can ver mana
Kim, məni-bidil sana can birlə yarəm doğrusu.
Xəlq deyir kim, Kişvəri bir aşiqi-məhrum irür,
Hər nə kim, derlər mana, yüz ohca varam doğrusu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət