Dərc edildi: Baxış sayı: 616
Kişilərin saqqal saxlamağı iqtisadiyyata ziyan vurub
Son illər kişi dəbində xüsusi yer tutan saqqal trendi iqtisadiyyata zərər vurub.
Axşam.az xəbər verir ki, bu dəbə görə serial və filmlərdə istifadə edilən saqqal imici məşhur ülgüc brendi “Gillette”ə təsir edib.
Belə ki, TV və film sayəsində gənclər arasında sürətlə yayılan saqqal tərzi 118 yaşı olan markanı 8 milyard dollardan çox zərərə uğradıb.
Şirkət sahibləri “Təraşa olan rəğbətin azalması təbii ki, ondan sonra istifadə edilən məhsul satışlarına da təsir edib” deyə, bildiriblər.
Qeyd edək ki, ABŞ mətbuatı dünyada hər 5 gəncdən 4-ünün saqqallı olduğunu yazıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət