Slimfit
  1. MARAQLI

Kişilər və qadınlar pullarını necə xərcləyirlər?

Kişilər və qadınlar pullarını necə xərcləyirlər?
Sakura

Kişilər və qadınlar pullarını necə xərcləyirlər?

Kişi və qadınların davranışlarının fərqli olması məlumdur. Bu fərqlər özünü pullara münasibətdə də göstərir. FED.az qadın və kişilərin öz pullarını necə xərclədiyi barədə maraqlı faktları təqdim edir. Böyük ehtimalla belə vərdişləri tanışlarınızda da müşahidə etmisiniz. Beləliklə…
 
Kişilər gələcək perspektivi nəzərə alaraq pullara daha ciddi yanaşırlar. Qadınlar isə daha çox bu günkü günlə yaşayırlar.  
 
Statistika göstərir ki, qadınlar paltar və özlərinə qulluq etmək üçün kişilərdən 2,5 dəfə artıq pul xərcləyirlər.
 
Əvəzində tənha kişilər alkoqollu içkilərə tənha qadınlardan 2,5 dəfə artıq pul xərcləyirlər. Bəlkə də ona görə ki, adətən qonaq edən tərəf kişilər olur.
 
Qadınlar kişilərdən pul almağa daha çox dəyər verirlər, nəinki kişilər qadınlardan pul almağa.
Müqəddəs Valentin (Sevgililər) günündə kişilər qadınlara nisbətən 2 dəfə artıq pul xərcləyirlər.
Qadınların 63%-i şopinqi əhval-ruhiyyənin yüksəldilməsi üçün istifadə edirlər. Kişilərdə belələri 39%-dir.
 
Pis əhval-ruhiyyədə və ya depressiyada olan qadınlar 60% hallarda əvvəlcə paltar, sonra ayaqqabı, yemək və sonra kitab alırlar.  Belə vəziyyətdə olan kişilər isə əvvəlcə yeməyə, sonra isə qadcet və əyləncə pul xərcləyirlər.
 
Qadınlar üçün pul həyat tərzini yaratmaq və dəstəkləmək üçün lazımdır. Kişilər üçün isə pul – qələbə və ya məğlubiyyət məsələsidir.
 
Qadınlar xoşladıqlarını, kişilər isə onlara lazım olanı alırlar.
 
Kişilər yeni işə düzələrkən, maaş məsələsini hələ işə başlamazdan əvvəl işəgötürənlə qalanlara nisbətən iki dəfə çox müzakirə edirlər.
 
Pullardan danışanda kişilər daha çox «mən», qadınlar «biz» sözündən istifadə edirlər.
 
Qadınlar borclarını və krediti kişilərdən daha yaxşı qaytarırlar.
 
Statistika göstərir ki, kişilər yanında qadın olmayanda 2 dəfə daha çox pul xərcləyirlər.
 
Qadınlar onlayn alış-verişə kişilərdən 40% artıq vaxt sərf edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR