Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kipriklərə çəkilən tuş zərərlidir

Kipriklərə çəkilən tuş zərərlidir
Sakura

Kipriklərə çəkilən tuş zərərlidir

Qadınların hər gün istifadə etmədən çölə çıxmadıqları tuş (kiprik həcmləndirən vasitə) makiyaj vasitələri içərisində ən zərərlilərindəndir.
 
Medicina.az xəbər verir ki, Avropa dermatoloqları bildirib ki, tuş gözləri qıcıqlandırır, iltihab yaradır və infeksiya sala bilir. "Göz qapağı ətrafı iltihab və zərərli bakteriyalar isə təbii kipriklərin tökülməsinə səbəb olur”.
 
Britaniya Okilistlər cəmiyyətinin nümayəndəsi isə qeyd edib ki, hər gün tuşdan istifadə göz yaşı pərdəsini zədələyir. Əgər bu pərdə zədələndisə, göz yaşı tez buxarlanıb quruyur, quru göz sindromu yaranır, göz içi müdafiəsiz qalır. 
 
Tuş quruduqda flakona ağız suyu, spirt, su əlavə etmək və köhnə fırça ilə yenidən həmin tuşdan istifadə buynuz qişa və kiprik dibinə ağır infeksiya salır. 
Gözün buynuz qişasının bakteriyalarla yoluxmasına gətirib çxıarır, bu infeksiyalar nadir də olsa, gözün korluğuna səbəb olur. Yol getdikdə, avtomobildə kipriklərə tuş çəkmək, fırçanın nazik ucları ilə göz içi örtüyün, büllurun cızılmasına səbəb olur. 
 
Eləcə də digər insanın tuşundan istifadə yolverilməzdir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR