Dərc edildi: Baxış sayı: 1083
Kinoteatrların fəaliyyəti bərpa olunur? - RƏSMİ
“Kinoteatrların fəaliyyətinin bərpası insanların zərurət olmadığı halda çölə çəxmasına səbəb olacaq”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
TƏBİB rəsmisi bildirib ki, pandemiya dövründə insanların əyləncə məqsədilə yaşayış yerini tərk etməsi doğru deyil:
“Restoranların fəaliyyətinə müəyyən müddət ərzində icazə verilib. Eləcə də, xüsusi karantin qaydaları çərçivəsində. Lakin kinoteatrların fəaliyyəti bu gün üçün zəruri deyil. Bu səbəbdən də məsələ hazırda müzakirə mövzusu deyil”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox