Kimin daha axmaq olmasını seçin və problemlərinizin nə olduğunu bilin
Şəkildə kimin daha axmaq olduğunu hesab edirsiniz? Səmimi cavab verin və probleminizin nə olduğu haqda məlumat alın
Stress – hər kəsdə olan problemdir. Lakin stress müxtəlif cür təsir göstərir: onlar əsəbləşir, digərləri yolda yatır, o birilər isə kənara çəkilib sakitcə ağlayır.
Bəs Sizə stress necə təsir edir? Bunu bilmək üçün sadəcə şəkildə kimin daha axmaq görünməsini seçin.
1. Siz tez özündən çıxan və temperamentlisiniz!
Siz heç nədən əsəbləşib özünüzdən çıxa bilirsiniz, düzdür?
Sizin çox parlaq şəxsiyyətiniz və xarakterik düşüncə tərziniz var. Siz öz azadlığınızı yüksək qiymətləndirirsiniz. Sizi kimsə məhdudlaşdırmaq istəyəndə və ya hansısa qayda təyin etdikdə dərhal reaksiya verirsiniz. Stress uzun müddət yığılanda Siz vulkan kimi partlaya bilərsiniz
Ehtiyatlı olun: bu dostlarınızla mübahisəyə səbəb ola bilər! Ən yaxşısı hisslərinizi dərhal biruzə verməkdir, özünüzdə yığıb saxlamaq yox.
2. Siz çox səmimisiniz!
Siz diqqət mərkəzində olmaq və dostlarınızla əylənməyi sevirsiniz. Siz insanlarla görüş üçün açıqsınız və qısa zamanda etibarlı əlaqələr qurursunuz. Bəzən sizə o qədər yaxşıdır ki, Siz müdafiəsiz və çox səmimi olursunuz. Nəticədə isə öz sözlərinizdən və əməllərinizdən sonra peşman olursunuz. Ətrafdakılar sizin açıq olmağınızı və azadlıq sevməyinizi dəyərləndirir, lakin bəzən həddi bilmək lazımdır.
Sərhəd qoymağa çalışın və insanlarla ünsiyyətdə ona riayət edin.
3. Siz başqalarının dediyi ilə oturub durursunuz!
Siz bir az utancaqsınız və öz hisslərinizi aydın açıqlaya bilmirsiniz. Siz konflikt sevmirsiniz və əlavə diqqət cəlb etməməyə çalışırsınız. Siz insanlara güzəştə getməyə və onlara uyğunlaşmağa hazırsınız. Siz öz rahatlığınızı pozmaqdan ehtiyat edirsiniz. Öz hiss və istəklərinizi ürəyinizdə saxlayırsınız, çünki başqalarının dediyi ilə oturub durmağa adət edibsiniz.
Öz fikir və istəklərinizi daha inamla ifadə etməyə cəhd edin! Əvvəl Sizin üçün çətin olacaq, lakin sonradan ətrafdakılar Sizə qulaq asmaya başlayacaq!
4. Öz emosiyalarınıza nəzarət etmək Sizin üçün çətindir!
Sizi yeni insanlarla ünsiyyət yorur, çox vaxt sizin deməyə sözünüz olmur, bu səbəbə görə də siz söhbəti mümkün qədər tez bitirmək istəyirsiniz. Bundan başqa Siz çox vaxt təyin olunmamış görüşdən qaçmağa çalışırsınız. Siz stress vəziyyətində olanda və ya əsəbləşəndə bəzən özünüzdən çıxa bilərsiniz. Bundan çəkinmək üçün Sizə fikir balansınızı saxlamaq lazımdır.
İnsanlarla ünsiyyət üçün daha açıq olmağa çalışın və yaxın dostlarınıza daha çox inanın!
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət