Slimfit
  1. AZƏRBAYCAN

“Kimdir jurnalistləri o mənzillərdən çıxaran?”

“Kimdir jurnalistləri o mənzillərdən çıxaran?”
Sakura

“Kimdir jurnalistləri o mənzillərdən çıxaran?”

“Kimdir jurnalistləri yaşadığı mənzillərdən çıxaran? Bu məsələdə heç bir qeyri-adilik və ya problem görmürəm. O bina jurnalistlərindir və əminəm ki, tezliklə sənəd məsələləri həll olunacaq”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov jurnalistərə verilmiş evlərin xidməti olması ilə bağlı KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin fikirlərini şərh edərkən deyib.

Bildirib ki, hazırda müəyyən sənədlər hazırlanır və qanunvericilik çərçivəsində problemlər öz həllini tapacaq:

“ Məndə olan məlumata görə, müəyyən sənədlər hazırlanmalıdır və KİVDF də bu sahədə öhdəsinə düşən işi görür. Bu məsələdə hər hansı bir problem, həlli mümkün olmayan bir şey də görmürəm. 

Parlamentdə qəbul olunmuş dəyişikliklər məqsədyönlü idi və sadəcə jurnalistlərə şamil edilməyib. Həmin dəyişikliklərə əsasən artıq müəyyən əlavə sənədlər tələb olunur. Jurnalistlərlə bağlı deyil. Müəyyən təbəqədə olan insanlara aid edilib”.

Qeyd edək ki, V. Səfərli məlum mövzuyla bağlı növbəti dəfə açıqlama verib. O Trend-ə bildirib ki, ikinci binada yaşayanlara yaxın müddətdə “kupça”lar veriləcək:

“Müsahibədə mən bu evlərin xidməti evlər kimi olduğunu demişəm. "Xidməti ev" və "xidməti ev kimi" ifadələri bir-birindən fərqlənir. Xidməti evə görə order, sənəd verildikdə, həmin mənzilin xidməti ev olduğu qeyd edilir. Lakin Fondun Müşahidə Şurasının qərarı, Prezident Administrasiyasının töhfəsi ilə o evlər jurnalistlərə verilib. Avqustun 8-də biz binanın istismara qəbul edilməsi ilə bağlı dövlət aktını almışıq. Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə sənədləşmələrlə bağlı işlər aparılır. Birinci bina üçün də prosedurlar belə olub. Bu bina hələ dövlətin balansındadır və dövlətin əmlakıdır”.

V.Səfərli həmin mənzillərin jurnalistlərdən geri alınacağı ilə bağlı narahatlığın olmadığını da söyləyib:

“Yazırlar ki, bu mənzillər xidməti ev olduğu üçün onları istənilən zaman jurnalistlərdən geri ala bilərlər. Xeyr, bu, xidməti ev deyil. Bu mənzillər hazırda xidməti ev kimidir və yaxın müddətdə mənzil sahiblərinə “kupça”lar veriləcək. Heç bir ev geri qaytarıla bilməz. Bu, Prezidentin jurnalistlərə hədiyyəsidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR