Slimfit
  1. AZƏRBAYCAN

Kim daha çox xərcləyir: Buradakı əcnəbi, yoxsa xaricdəki azərbaycanlı?

Kim daha çox xərcləyir: Buradakı əcnəbi, yoxsa xaricdəki azərbaycanlı?
Sakura

"Turistlərin nə qədər vəsait xərclədiklərini dəqiq hesablamaq çətindir" Read more: https://sputnik.az/life/20180129/413777464/kim-daha-cox-xercleyir-azerbaycanli-yoxsa-ecnebi.html

2016-cı ildə Azərbaycana gələn əcnəbi turistlər adambaşına orta hesabla 690 manat, xaricə ölkələrə turist kimi üz tutan həmvətənlərimiz isə 570 manat xərcləyib. Ümumilikdə, əcnəbilər burada 1,411 milyard manat, Azərbaycan vətəndaşları isə xaricdə 1,97 milyard manat xərcləyiblər.

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşları, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında Dövlət Statistika Komitəsi (DSK) tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, ölkəmizə 2,2487 milyon əcnəbi gəlib. (2016) Onlardan 90,9 faizi, yəni 2,044 milyon nəfəri turizm məqsədilə gələn əcnəbilər olub. Əcnəbi turistlərin xərclədiyi pulun 45,1 faizi nəqliyyata, 28,9 faizi yerləşməyə, 20,9 faizi qidalanmaya və 5,1 faizi digər xərclərə sərf olunub.

Turizm eksperti Bahadur Bilalov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, 2016-cı ildən fərqli olaraq 2017-ci ildə Azərbaycan turizmində müsbət saldo yaranıb: "2017-ci ildə ilk dəfə olaraq ölkəyə gələn turistlərin sayı, ölkədən xaricə gedən turistlərin sayından çox olub. Manatın 2 dəfə devalvasiyaya uğramasından sonra ölkəmiz faktiki olaraq həm xarici turistlər, həm də yerli turistlərimiz üçün cəlbedici olub".

"Belə ki, ölkəmizə gələn turistlərin gündəlik xərclədiyi pulun həcmi Avropanın əksər ölkələrindəki günlük xərclərdən xeyli azdır. Yəni yeməyin, taksinin, əyləncələrin qiymətləri ölkəmizdə daha ucuzdur. Bu baxımdan, son zamanlar ölkə turistləri də istirahət üçün Azərbaycanın regionlarına daha çox üstünlük verirlər" — Bilalov deyir.

Ekspert qeyd edir ki, xarici ölkələrə gedən vətəndaşlarımız əvvəlki illərdə olduğu kimi, Gürcüstana getməyə daha çox üstünlük verirlər: "Gürcüstanın açıqladığı statistikaya görə, 2017-ci ildə 1 milyondan çox Azərbaycan vətəndaşı qonşu ölkəyə səfər edib. Bunun bir sıra səbəbləri var. Bir çox Azərbaycan vətəndaşı daha ucuz aviauçuşlar üçün Tbilisi və Kutaisi aeroportundan istifadə edir. Bizim aviaşirkətlər bu amili göz önünə almalı və çalışmalıdır ki, həmin vəsaitin ölkədə qalmasına nail olsunlar".

Digər turizm eksperti Ramin Zamanov Sputnik Azərbaycan-a danışır ki, turistlərin nə qədər vəsait xərclədiklərini dəqiq hesablamaq çətindir: "Azərbaycana gələn turistlərin harada gecələdikləri, nə qədər xərclədikləri hesablanmadığı üçün azərbaycanlı turistin xaricdə, əcnəbinin Azərbaycanda nə qədər xərclədiyini müəyyənləşdirmək mümkün deyil".

"Beşulduzlu hotelə gələn turistlə üçulduzlu hotelə gələn turist eyni pul xərcləmir. Bunun hesabatını aparmaq çox çətindir" — o bildirir.

Mütəxəssisin sözlərinə görə, ölkədəki "xərc tələb edən yerlərin" fərqinə də fikir vermək lazımdır: "Məsələn, xaricdə elə yerlər var ki, orada xərclər minimum 100 mindən başlayır. Bu səbəbdən azərbaycanlı turistin xaricdə, əcnəbinin Azərbaycanda xərclədiyi pulu hesablamaq çox çətindir. Ancaq nəzərə alsaq ki, Azərbaycana ərəblər çox gəlir, hələ ki, orta statistikaya görə, onlar burada çox pul xərcləyirlər. Ərəblər xərcləməyə meylli xalqdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR