Slimfit
  1. MARAQLI

Kərə yağını tez əritmək üçün 3 üsul

Kərə yağını tez əritmək üçün 3 üsul
Sakura

Kərə yağını tez əritmək üçün 3 üsul

 Xəmir işlərində istifadə etdiyimiz kərə yağlarının otaq temperaturunda olması daha ləzzətli bir yeməyin ortaya çıxmasına səbəb olur. Amma nə bişirəcəyimizdən asılı olaraq, bəzən onu soyuducudan dondurulmuş şəkildə götürürük. Bu zaman isə onun əriməsini gözləmək, bişirəcəyimiz şirniyyatlarda istifadə etmək vaxt apara bilər. Bir çox hallarda isə xanımlar onu birbaşa istiyə qoyur. Amma bu üsul isə tamam əriməsinə səbəb olur. Soyuducudan çıxartdığımız kərə yağının otaq temperaturunda yumşalması üçün təxminən 45 dəqiqə lazımdır.

Əgər kərə yağının yumşalmasına vaxtınız yoxdursa, bəzi sadə üsullarla bunu tezləşdirə bilərsiniz.

Azadinform həmin araşdırmanı təqdim edir:

Kvadrat doğramaqla

Kərə yağını kvadrat formada kəsin. Parçalar nə qədər kiçik olarsa, o daha tez yumşalır. Kvadrat formalı doğranmış yağlar 15 dəqiqə içərisində tez bir şəkildə əriyəcək.

Oxlov üsulu ilə

Bu üsul üçün bir az əmək sərf edə bilərsiniz, amma kərə yağının daha tez yumşalmasına səbəb olur. Bir oxlov ilə kərə yağını düzləşdirin. Bu kərə yağını isidir və daha incə bir hala gətirir.

Rəndələmə üsulu

Bu üsuldan istifadə edərkən mətbəxiniz daha çox kirlənə bilər. Amma rəndələmə üsulu kərə yağının asan və tez əriməsinə kömək edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR