Slimfit
  1. CƏMİYYƏT

Kərə yağı adı altında satılan bitki yağının satışının qarşısını alındı

Kərə yağı adı altında satılan bitki yağının satışının qarşısını alındı
Sakura

Kərə yağı adı altında satılan bitki yağının satışının qarşısını alındı

Bərdə rayonunun Güloğlular kəndində “Təzə Bazar” ərazisində “VAZ-2115” markalı minik avtomobilinin yük yerinə baxış zamanı baytarlıq ekspertizasından keçməmiş, orqanoleptik göstəricilərinə görə texniki normativ-hüquqi aktların tələblərinə uyğun olmayan, ümumi çəkisi 260 kiloqram olan kərə yağı (nehrə yağı) adı altında bitki yağının satışının həyata keçirildiyi aşkarlanıb. Reyd zamanı yağın fiziki şəxs Babayeva Gülxatın Əli qızına məxsus olduğu müəyyən edilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, məhsuldan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Analizin nəticələrinə görə, məhsulun bitki mənşəli yağ olduğu və mikrobioloji çirklənməyə məruz qaldığı aşkarlanıb.

Qanunvericiliyin tələbləri çərçivəsində ümumi çəkisi 260 kiloqram olan yağ məhv edilib.

 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR