Slimfit
  1. İDMAN

“Kəpəz”, “Turan” və “Qarabağ” ilk “üçlük”də

“Kəpəz”, “Turan” və “Qarabağ” ilk “üçlük”də
Sakura

“Kəpəz”, “Turan” və “Qarabağ” ilk “üçlük”də

Azərbaycan Premyer Liqasının cari mövsümündə qələbə seriyasını 15 oyuna çatdıran “Qarabağ” ölkə çempionatları tarixində 3-cü göstəriciyə imza atıb.

Ens.az Matc.az-a   istinadən xəbər verir ki, yarışın mütləq rekorduna isə 1997-98-ci illərdə “Kəpəz” imza atıb. Gəncə təmsilçisi ardıcıl 20 görüşdə qalib gəlib. İkinci yerdə 16 oyunda xal itkisi ilə üzləşməyən “Turan” qərarlaşıb.

Ümumiyyətlə, 9 dəfə komandalar 12 və ya daha çox oyunda qələbələri sıralayıb. “Neftçi” üç, digər klublar hərəyə bir belə seriyaya nail olub. “Ağ-qaralar”ın iki belə uğuru eyni mövsümə təsadüf edib. Startda 25 matçda 24 qələbə qazanan bakılılar 2 dəfə 12 oyunluq qalibiyyət seriyanı sıralayıb.

Azərbaycan çempionatlarında ən uzun qələbə seriyaları

1. “Kəpəz” (22.11.1997-19.09.1998) – 20

2. “Turan” (06.03.1994-18.09.1994) – 16

3. “Qarabağ” (15.03.2019-06.10.2019) – 15

4. “Şəmkir” (08.03.2001-22.09.2001) – 14

5-6. “Neftçi” (27.09.2003-11.09.2004) – 13

 “Xəzər Lənkəran” (27.04.2007-30.09.2007) – 13

7-9. “Neftçi” (08.05.1992-26.06.1992) – 12

 

“Neftçi” (05.07.1992-15.09.1992) – 12

 

“Xəzər” S (10.05.1992-10.07.1992) – 12

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR