Slimfit
  1. İDMAN

Keniyalı atlet marafon qaçışını iki saatdan az müddətə bitirən ilk idmançı olub

Keniyalı atlet marafon qaçışını iki saatdan az müddətə bitirən ilk idmançı olub
Sakura

Keniyalı atlet marafon qaçışını iki saatdan az müddətə bitirən ilk idmançı olub

Keniyalı Eliud Kipçoqe atletika tarixində ilk dəfə marafon qaçışını 2 saatdan az müddətə başa vuran idmançı kimi tarixə düşüb.

"Report"un məlumatına görə, 35 yaşlı atlet Avstriyanın paytaxtı Vyanada iş adamı Cim Retkliffin maliyyələşdirdiyi yarışda bu nəticəni göstərib.

Kipçoqe 42 kilometr 195 metr məsafəni 1 saat 59 dəqiqə 40,2 saniyəyə qət edib. Yarış Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) tərəfindən keçirilmədiyi üçün rəsmi rekord kimi qeydə alınmayıb.

Qeyd edək ki, rəsmi dünya rekordu da məhz Eliud Kipçoqeyə aiddir. O, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində eyni məsafəni 2 saat 1 dəqiqə, 39 saniyəyə qət edib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR