Slimfit
  1. İQTİSADİYYAT

Kənd təsərrüfatı turizminin inkişafına 500-ə qədər fermer cəlb ediləcək

Kənd təsərrüfatı turizminin inkişafına 500-ə qədər fermer cəlb ediləcək
Sakura

Kənd təsərrüfatı turizminin inkişafına 500-ə qədər fermer cəlb ediləcək

 

Gələcəkdə "Şəhərdən kəndə" layihəsinə 500-ə qədər fermer cəlb ediləcək.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova "Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri" adlı dəyirmi masada deyib.

L.Məmmədova bildirib ki, 2021-ci ilə qədər "Şəhərdən kəndə" layihəsinə 500-ə qədər fermer cəlb ediləcək: "Alternativ vəsait hesabına bu məqsədə çatacağıq. Növbəti illərdə fermerlərə təlimlər keçiriləcək. Məqsədimiz Azərbaycanda fermerlərin gəlirlərinin daha da artmasıdır".

Onun sözlərinə görə, "Şəhərdən kəndə" layihəsinin yeni başlamasına baxmayaraq, layihəyə maraq böyükdür:

"Məqsədimiz ölkədə kənd təsərrüfatı turizmini inkişaf etdirməkdir. Bunun üçün fermerlərlə sıx işlənilməlidir. Fermerlərimizin imkanları məhduddur. Bu gün layihəyə cəlb edilmiş fermerlərimiz 100-dən çox yerli və xarici turist qəbul edəcəklər. Ölkədə kənd təsərrüfatı turizminin daha da inkişafı əsas məqsədlərdən biridir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR