Slimfit
  1. İQTİSADİYYAT

Kənd təsərrüfatı məhsulları Bakıya arayış əsasında da gətirilə bilər - RƏSMİ

Kənd təsərrüfatı məhsulları Bakıya arayış əsasında da gətirilə bilər - RƏSMİ
Sakura

Kənd təsərrüfatı məhsulları Bakıya arayış əsasında da gətirilə bilər - RƏSMİ

Nazirlər Kabineti xüsusi karantin rejimində orta və böyük tonnajlı yük maşınları ilə kənd təsərrüfatı məhsullarının rayonlar arasında, o cümlədən rayonlardan Bakı və digər böyük şəhərlərə daşınması proseduruna aydınlıq gətirib.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov APA-ya açıqlamasında deyib ki, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənən “Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı Təlimat”a əsasən, fermerlərin kənd arasında hərəkətləri sərbəstdir, kəndlərarası hərəkət və rayona gedib-gəlmək üçün kənd icra nümayəndəsindən, rayonlararası hərəkət üçün isə mexanizatorlar və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş fermer, təchizatçı və tədarükçülər rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən, digərləri isə rayon icra hakimiyyət orqanından arayış almalıdır.

Fermerlərin məhsullarını alaraq Bakı və digər böyük şəhərlərdə satış mərkəzlərinə çatdıran təchizatçılara gəlincə, İ. Məmmədov qeyd edib ki, əgər təchizatçı kimi VÖEN-i varsa, icazə.gov.az vasitəsi ilə icazə alınmalıdır: “Əgər yük daşıyan hansısa şirkətin əməkdaşıdırsa, həmin şirkət bunun üçün icazə.gov.az vasitəsi ilə icazə almalıdır. Bu icazə alındıqdan sonra yüklər sərbəst daşına bilər. Çünki Nazirlər Kabinetinin qərarına əsasən, yükdaşıma sərbəstdir”.

İ. Məmmədov bildirib ki, indiyə qədər kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olmuş təchizatçılardan hansının VÖEN-i yoxdursa, onlar orta və iri tonnajlı yük maşını ilə Bakıya kənd təsərrüfatı məhsulları gətirmək üçün yerli icra hakimiyyəti orqanından arayış almalıdır: “Tutaq ki, Qazaxdan, Tovuzdan bir “KamAZ” kartof gətirir. İcra hakimiyyətindən arayış alıb, sərbəst şəkildə kənd təsərrüfatı məhsulları yüklənmiş yük maşını ilə Bakıya gələ bilər”.

Qeyd edək ki, Milli Məclisin son iclasında da bəzi millət vəkilləri kənd təsərrüfatı məhsullarının Bakıya daşınması sahəsində problemlərin olduğunu, hətta rayonda istixanalarda məhsulları olan sahibkarların məhsullarını Bakıda pulsuz paylamağa hazır olduqlarını bildirmişdi.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR