Slimfit
  1. MARAQLI

Keçmişdə gözəllik: 20-ci əsrin əvvəllərində plastik cərrahiyyə necə edilirdi

Keçmişdə gözəllik: 20-ci əsrin əvvəllərində plastik cərrahiyyə necə edilirdi
Sakura

Qadın gözəlliyinin simvolu Merlin Monronun da plastik əməliyyat keçirdiyini söyləyirlər

  İndi plastik cərrahiyyə — hansısa adilikdir.  Kosmetik əməliyyatlar çox qadınlara və kişilərə əlçatan olub.  Üstəlik bu sahədəki mütəxəssislərin sayı ildən-ilə artmaqda davam edir. Və bu gün mütəxəssislər lazımi alətlərə, avadanlıqlara və texnologiyalara sahibdirlərsə, sual yaranır - keçən əsrin əvvəllərində belə əməliyyatlar olubmu?  Ens.az saytı rusiyalı plastik cərrah, estetik tibb üzrə mütəxəssis Sergey Dernovoyun bu mövzuda fikirlərini təqdim edir.

  Gözəllik və müharibə

 İyirminci əsrdə plastik cərrahiyyə estetiklikdən çox, yenidən qurma xarakeri daşıyırdı.  Buna görə də bu sənaye müharibələr dövründə özünü kəskin şəkildə "elan etdi".  20-ci əsrin əvvəllərində insanlar müharibə nəticəsində şikəst qalırdılar: yanıqları, qırıqları, yara izləri olurdu. Həmin vaxt V.P.  Filatov dərinin qeyri-sərbəst plastika üsulunu kəşf etdi və bu üsul  bu günə qədər  ən yaxşılardan biri hesab olunur. 

Bu üsul - çənə-üz nahiyəsində toxuma qüsurlarını bağlamaq üçün həyata keçirilir.

  İnsanlar müharibənin izlərini - deformasiyaya uğramış bədən hissələrini güzgüdə görmək istəmirdilər və bu səbəbdən  əməliyyat etməyə qərar verirdilər.  Cərrahlar bir çox unikal texnika inkişaf etdirdilər.  Toxuma transplantasiyası, mikrovezellər, üstəlik, üz-çənə əməliyyatı və lipektomiya üsulları da mövcuddur  1930-cu ildə  Sovet İttifaqında ilk dəfə kosmetik əməliyyatlar həyata keçirməyə başladığı üçün Moskvada xəstəxana yaradıldı. 1936-cı ildə isə E. Eytnerin "Kosmetik əməliyyatlar" kitabının  tərcüməsi SSRİ-də nəşr olundu.

  Keçən əsrin əvvəllərində lokal anesteziya altında əməliyyatlar aparmaq mümkün deyildi. Odur ki, bu, hər hansı əməliyyatı çətinləşdirir.  Yalnız II Dünya Müharibəsindən sonra lokal anesteziya tətbiq etmək mümkün oldu.

  Dolğun almacıq sümükləri 

  O dövrün qadınları, məşhurları seyr edərək, iti və dolğun almacıq sümüklərinə sahib olmaq istəyirdilər.  Qadınlar üçün gözəllik standartı o zaman yanaqları biraz batmış və almacıq  sümükləri qabarıq olan aktrisa Qreta Qarbo idi.  Görkəmli almacıq sümükləri zəngin və nəcib xanımların əlaməti sayılırdı.  Və kosmetik manipulyasiyaların özü də "varlılar  üçün oyuncaq" idi.  Bu şərtlər orta təbəqədə yalnız sevimli aktrisalarına bənzəmək arzusu yaradırdı.

  Buna baxmayaraq, onlar üçün bir həll yolu tapıldı.  Hansı cür? Bu, çox "asan" idi - diş cərrahları yanaqların "geri çəkilmiş" və üzün tamamilə fərqli görünüş qazanmağı üçün qızların arxadakı dişlərini çıxarırdılar.

  Rinoplastika

  1900-cü illərdə həkimlərin rinoplastikada irəliləməsinə imkan verən bir çox təcrübələr var idi.  Rinoplast cərrahları burun toxumasına alternativ ola biləcək material axtarmağa başladılar.  Bu dövrdən əvvəl istifadə edilən üsullar, burun yerinə bədənin digər hissələrindən (məsələn, alnından) dəri toxumalarının transplantasiyasından ibarət idi və bu, "skeletini" yenidən qurmağa imkan vermirdi.

 Sürətlə inkişaf edən texnologiya tədqiqatçıları toxuma daxilinə yerləşdirilmiş xarici cisimlərdən istifadə etmək imkanlarını axtarmağa məcbur etdi.

  20-ci əsrin rinoplastikası elmə töhfə vermiş, ancaq uyğun  material tapılmamışdı.

  Daş, şüşə və kəhrəbadan istifadə etdilər ... Bunların hamısı burun "çərçivəsi" düzəltmək arzusu idi.  Alimlər polimerləri kəşf etdikdə və bir çox təbii materiala alternativ olduqda, plastik cərrahlar da öz xüsusiyyətlərini təcrübələrində sınamağa qərar verdilər.  Bununla belə, yabançı materiallar nə mütəxəssisləri, nə də xəstələri razı salmadı - böyümədilər, ancaq birləşdirici toxumalar və dəri ilə əhatə olundu, zamanla dərinin arasından çıxaraq sabit qalmadılar.

  Mamoplastika

  1900-cü illərdə rəsmi olaraq başlamış bir başqa plastik cərrahiyyə sahəsidir.  1890-cı illərin sonlarında cərrahlar döş formasını dəyişdirməyə maraq göstərməyə başladılar.  Bu sahənin yenilikçiləri olaraq, müxtəlif məmə böyütmə əməliyyatlarını inkişaf etdirdilər.  Bir neçə yol var idi.  Bunlardan biri: parafin inyeksiyası (ilk əməliyyat 1889-cu ildə sənədləşdirilmişdir).   6 ildən sonra implantların köməyi ilə ölçüsünü böyütməyə çalışırdılar. İmplantlar rezin, fil sümüyü və piy toxuması idi.  Ancaq bunların heç biri uğurlu olmadı.  Bədən sadəcə infeksiyalara reaksiya verdi və xarici cismi dəf etdi.  Bu sahədə tərəqqiyə yalnız silikon implantların icad edildiyi 20-ci əsrin ikinci yarısında nail olundu.

  Ancaq döşlərin dartılması və həcmini kiçiltmək keçən əsrin ilk yarısında tətbiq edilmişdir.  Cərrahlar Poussin və Mauristin, bir-birini tanımırdılar və demək olar ki, eyni zamanda sinələrin  dartılması  üsulunu icad etdilər.

  20-ci əsrin hansı məşhuru plastik cərrahiyəyə müraciət etdi?

  Rudolf Valentino

 Hollivudda çəkilən bu aktyor qulaqlarını əməliyyat etdirdi. Onların formasını dəyişdirməyə,  ona açıq şəkildə "fil qulağı" kimi qulaqları ilə çəkiliş meydançasına giriş qadağndır sözlərinin deyilməsi olmuşdu. 

  Merlin Monro

  Qadın gözəlliyinin əsas simvolu.  Mütəxəssislər onun da plastik əməliyyat keçirdiyini söyləyirlər.  Xüsusilə aktrisa burnunu dəyişdirmək üçün  əməliyyat keçirib və bu olduqca  yaxşı alınmışdı.  Əlavə olaraq, Hollivud ulduzu alnındakı saç xəttini düzəltmək üçün elektrolizə müraciət etmişdi.

  Merlin Ditrix

  Aktrisa iti almacıq sümükləri ilə tanınır.  Batmış yanaqlar ilə, xüsusilə parlaq şəkildə nəzərə çarpır.  Cazibədarlığını artırmaq üçün Marlen arxa dişlərinin bir hissəsini götürtdü və üst çənəsi düzəldildi. Buna makiyaj da əlavə edən Ditrix insanların yaddaşına gözəl kmi qalmağı bacardı.

  Nəticə

  20-ci əsrin kosmetik əməliyyatları müasir əməliyyatlardan tamamilə fərqli idi.  Texnologiyalar olmadığına görə, əməliyyatların nəticəsi bəzən şoka salan idi.   Yalnız əsrin ortalarında, istənilən nəticəni əldə etməyə imkan verən kəşflər etməyə başladılar.  Məhz o zaman  rinoplastika, dodaq böyütmə və göz qapaqlarının qaldırılması populyarlıq qazandı.

Mənbə: med-info.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR