Dərc edildi: Baxış sayı: 706
Kazım ağa Salik - Yenə bır mahlıqa şolə salıb bag içrə
Yenə bır mahlıqa şolə salıb bag içrə,
Sanki tavusi-çəmən çətr vurub zağ içrə.
Demə, bu bağə yaraşmaz bu kəmalü bu cəmal,
Mədəni-zər tapılır, gər arasan, dağ içrə.
Zülfu xab görünür ruyi-səmən üzrə nə xoş,
Nə əcəb, türfə düşüb rəngi-qarə ağ içrə.
Yandı canım, bədən içrə şəbi-hicrində bunun,
Necə kim şəm yanar hər gecələr yağ içrə.
Baxma, Salik, qocalıbsan, gözələ, fikr elə kim,
Kim qoyar ruzi-bəhadə aruği çağ içrə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət