Dərc edildi: Baxış sayı: 1162
Kazım ağa Salik - Ey şahin cilvəlim, şunqar şivəlim
Ey şahin cilvәlim, şunqar şivәlim,
Durna tәk tellәrin cığalanıbdır.
Xәstә könlüm onu görәndәn bәri
Çıxıb asimana, havalanıbdır.
Ey lәblәri nabat, dәhanı püstә,
Çәkәr рәsrәtini bu dili-xәstә,
Xal deyil görünәn ağ sinәn üstә,
Bir Quran hәrfidir, qaralanıbdır.
Demә ki, sevdiyim sәni nihandır,
Sәnә aşiqliyim xәlqә әyandır,
Deyibsәn: busәmin qiymәti candır,
Almaq üçün bir az bahalanıbdır.
Çox da mәndәn kәnar gәzmә, ay pәri,
Sәnsәn könlüm zövqi, dilim әzbәri,
Guşeyi-kuyini bulandan bәri,
Dәrdi-bidәrmanım dәvalanıbdır.
Mәclislәr zivәri gördüyün Salik,
Xaqani, Әnvәri gördüyün Salik,
Şairlәr sәrvәri gördüyün Salik
Gәl gör sәnsiz necә gәdalanıbdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət