Slimfit
  1. AZƏRBAYCAN

Kasıbları dövlət dəfn edəcək

Kasıbları dövlət dəfn edəcək
Sakura

Kasıbları dövlət dəfn edəcək

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı ilə cari il oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti sosial sferanın müxtəlif sahələrini də əhatə edəcək.

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M. Qurbanlı deyib ki, fond dini radikalizmdən, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına, təhsil alanların sosial müdafiəsinin gücləndirilməsinə, istedadlı şəxslərin təhsilini davam etməsinə, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına kömək edəcək: “Habelə aztəminatlı ailələrə dəfn xərclərinin ödənilməsi, Qarabağ müharibəsi və 20 yanvar şəhidlərinin ailələrinə, müharibə əlillərinə, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə, valideynlərini itirməsinə və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış xərclərinin ödənilməsi üçün maddi yardım göstərmək də fondun vəzifələrinə daxildir. Xüsusən yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının aktuallıq qazandığı günümüzdə Mənəvi Dəyərlərin Təbliği Fondunun bu sahədə genişmiqyaslı fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Çünki danılmaz faktdır ki, milli-mənəvi dəyərlərimizə varislik prizmasından yanaşma həm dövlətçilik, həm də mənəvi irsimiz baxımından zəruridir. Gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında təhsilin xüsusi yeri vardır ki, fond təhsillə bağlı qarşısına geniş məqsədlər qoyub”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR