Slimfit
  1. TARİX

Karl Marks - Kommunist Partiyasının Manifesti - II hissə

Karl Marks - Kommunist Partiyasının Manifesti - II hissə
Sakura

Karl Marks - Kommunist Partiyasının Manifesti - II hissə

Kommunistlərin ümumiyyətlə proletarlara münasibəti necədir?

Kommunistlər başqa fəhlə partiyalarına qarşı duran xüsusi bir partiya deyildirlər.

Onların bütövlükdə bütün proletariatın mənafeyindən ayrı olan heç bir mənafeyi yoxdur.

Onlar heç bir xüsusi* prinsiplər irəli sürüb proletar hərəkatını bu prinsiplərə uyğunlaşdırmaq istəmirlər.

  • 1888-ci il ingiliscə nəşrində «xüsusi» əvəzinə «təriqətçi» deyilmişdir. Red.

Kommunistlər başqa proletar partiyalarından yalnız bununla fərqlənirlər ki, onlar, bir tərəfdən, müxtəlif millətlərin proletarlarının mübarizəsində bütün proletariatın milliyyətdən asılı olmayan ümumi mənafeyini ayırıb müdafiə edirlər; digər tərəfdən, proletariatın burjuaziyaya qarşı mübarizəsinin keçdiyi muxtəlif inkişaf pillələrində onlar butövlükdə hərəkatın mənafeyini təmsil edirlər.

Deməli, kommunistlər praktikada bütün ölkələrin fəhlə partiyalarının həmişə irəliləməyə sövq edən* ən qətiyyətli hissəsidir, nəzəri cəhətdən isə proletariatın qalan kütləsinə nisbətən onların üstünlüyü proletar hərəkatının şəraitini, gedişini və ümumi nəticələrini başa düşmələrindədir.

  • 1888-ci il ingiliscə nəşrində «həmişə irəliləməyə sövq edən» sözləri əvəzinə «ən qabaqcıl» çap edilmişdir. Red.

Kommunistlərin də ən yaxın məqsədi bütün qalan proletar partiyalarının ən yaxın məqsədinin eynidir: proletariatın sinif halında formalaşması, burjuaziya hökmranlığının devrilməsi, siyasi hakimiyyətin proletariat tərəfindən ələ alınması.

Kommunistlərin nəzəri müddəaları heç də dünyanı yeniləşdirmək xəyalına düşən bu və ya başqa bir şəxsin uydurduğu və ya quraşdırdığı ideyalara, prinsiplərə əsaslanmır.

Bu müddəalar davam edən sinfi mübarizədəki gerçək münasibətlərin yalnız ümumi ifadəsidir, gözümüzün qarşısında baş verən tarixi hərəkatın ifadəsidir. Keçmişdə mövcud olmuş mülkiyyət münasibətlərinin məhv edilməsi yalnız kommunizmə məxsus bir şey deyildir.

Bütün mülkiyyət münasibətləri tarix boyu daim bir-birini əvəz etmiş, tarix boyu daim dəyişilmişdir.

Məsələn, Fransa inqilabı feodal mülkiyyətini ləğv edib, onu burjua mülkiyyəti ilə əvəz etmişdir.

Kommunizmin fərqləndirici cəhəti ümumiyyətlə mülkiyyəti ləğv etmək deyil, burjua mülkiyyətini ləğv etməkdir.

Lakin muasir burjua xüsusi mülkiyyəti sinfi antaqonizmlərə, bəzilərinin başqalarını istismar etməsinə* əsaslanan məhsul istehsalı və mənimsənilməsinin son və ən mükəmməl ifadəsidir.

  • 1888-ci il ingiliscə nəşrində «bəzilərinin başqalarını istismar etməsinə» sözləri əiəzinə «azlığın çoxluğu istismar etməsinə» çap edilmişdir. Red.

Bu mənada kommunistlər özlərinin nəzəriyyəsini bir müddəa ilə ifadə edə bilərlər: xüsusi mülkiyyəti məhv etmək.

Biz kommunistləri ittiham edirdilər ki, biz şəxsən əldə edilən, öz əməyi ilə qazanılan mülkiyyəti, hər cür şəxsi azadlığın, fəaliyyətin və müstəqilliyin əsasını təşkil edən mulkiyyəti məhv etmək istəyirik.

Kəsb edilən, qazanılan, öz əməyi ilə əldə edilən bir mülkiyyət! Bəlkə siz burjua mülkiyyətindən əvvəlki xırda burjua, xırda kəndli mülkiyyətindən bəhs edirsiniz? Bu mülkiyyəti bizim məhv etməyimizə ehtiyac yoxdur, sənayenin inkişafı onu məhv etmiş və hər gün məhv etməkdədir.

Bəlkə də siz müasir burjua xüsusi mülkiyyətindən bəhs edirsiniz?

Məgər muzdlu əmək, proletarın əməyi ona mülkiyyət yaradırmı? Əsla yox. Bu əmək kapital yaradır, yəni muzdlu əməyi istismar edən bir mülkiyyət yaradır, həmin mülkiyyət isə yalnız bu şərtlə arta bilər ki, yenidən istismar etmək üçün yeni muzdlu əmək doğursun. Müasir şəkildə olan mülkiyyət kapital ilə muzdlu əmək arasındakı əkslik daxilində hərəkət edir. Bu əksliyin hər iki tərəfini nəzərdən keçirək.

Kalitalist olmaq istehsalda yalnız xalis şəxsi mövqe tutmaq deyil, habelə ictimai bir mövqe tutmaq deməkdir. Kapital kollektiv məhsuldur və ancaq cəmiyyətin bir çox üzvlərinin birgə fəaliyyəti ilə, nəticədə – cəmiyyətin yalnız bütün üzvlərinin birgə fəaliyyəti ilə hərəkətə gətirilə bilər.

Beləliklə, kapital – şəxsi quvvə deyil, ictimai quvvədir.

Deməli, kapital cəmiyyətin butün üzvlərinə məxsus olan kollektiv mülkiyyətə çevrilsə, bu, şəxsi mülkiyyətin ictimai mülkiyyətə çevrilməsi demək olmaz. Mülkiyyətin ancaq ictimai xarakteri dəyişilər. Mülkiyyət öz sinfi xarakterini itirər.

Muzdlu əməyə keçək.

Muzdlu əməyin orta qiyməti əmək haqqı minimumudur, yəni fəhləni bir fəhlə olaraq yaşatmaq üçün zəruri olan yaşayış vasitələrinin məcmusudur. Deməli, muzdlu fəhlənin öz fəaliyyəti nəticəsində mənimsədiyi şey onun həyatının təkrar istehsalı üçün güclə kifayət edir. Bilavasitə həyatın təkrar istehsalı üçün olan əmək məhsullarının bu şəxsi mənimsənilməsini, özgə əməyi üzərində hökmranlıq yarada biləcək heç bir artıq şey saxlamayan mənimsənilməsini biz əsla məhv etmək niyyətində deyilik. Biz mənimsəmənin yalnız elə miskin bir xarakterini məhv etmək istəyirik ki, bu zaman fəhlə ancaq kapitalı artırmaq üçün yaşayır və yalnız hakim sinfin mənafeyi tələb etdiyinə görə yaşayır.

Burjua cəmiyyətində canlı əmək ancaq toplanmış əməyi artırmaq vasitəsidir. Kommunizm cəmiyyətində toplanmış əmək ancaq fəhlələrin həyat prosesini genişləndirmək, zənginləşdirmək, yüngülləşdirmək vasitəsidir.

Beləliklə, burjua cəmiyyətində keçmiş hal-hazırın üzərində, kommunizm cəmiyyətində isə hal-hazır keçmişin üzərində hökmranlıq edir. Burjua cəmiyyətində kapital müstəqilliyə və fərdliyə malikdir, halbuki zəhmətkeş fərd müstəqillikdən məhrumdur və simasızlaşdırılmışdır.

Məhz bu münasibətlərin məhv edilməsini burjuaziya şəxsiyyətin və azadlığın ləğv edilməsi adlandırır! Haqqı da var. Doğrudan da, burjua şəxsiyyətini, burjua müstəqilliyini və burjua azadlığını ləğv etməkdən bəhs olunur. İndiki burjua istehsal münasibətləri çərçivəsi daxilində azadlıq dedikdə, ticarət azadlığını, alqı-satqı azadlığını nəzərdə tuturlar.

Lakin alverçilik aradan qalxdıqda, azad alverçilik də aradan qalxacaqdır. Azadlıq haqqında bizim burjuaların bütün başqa dəbdəbəli nitqləri kimi, azad alverçilik haqqındakı danışıqlar da alverçiliyi, burjua istehsal münasibətlərini və burjuaziyanın özünü kommunistcəsinə məhv etməyə aid deyil, ümumiyyətlə ancaq orta əsrlər dövrunün azad olmayan alverçiliyinə, əsarətdə olan şəhərlisinə aid ola bilər.

Bizim xüsusi mülkiyyəti məhv etmək istədiyimiz sizi dəhşətə salır. Lakin sizin indiki cəmiyyətinizdə onun üzvlərinin onda doqquzu uçün xüsusi mülkiyyət məhv edilmişdir; bu xüsusi mülkiyyət məhz ona görə mövçuddur ki, çəmiyyət üzvlərinin onda doqquzu üçün xüsusi mulkiyyət mövcud deyildir. Deməli, siz bizi onda ittiham edirsiniz ki, biz cəmiyyətin olduqca böyuk çoxluğunun mülkiyyəti olmaması kimi bir zəruri şərtlə bağlı olan mülkiyyəti məhv etmək istəyirik.

Bir sözlə, siz bizi onda ittiham edirsiniz ki, biz sizin mülkiyyətinizi məhv etmək istəyirik. Bəli, biz doğrudan da bunu etmək istəyirik. Siz deyirsiniz ki, əməyin daha kapitala, pula, torpaq rentasına, müxtəsər, inhisar altına alına bilən ictimai qüvvəyə döndərilə bilməyəcəyi zamandan etibarən, yəni şəxsi mülkiyyətin daha burjuaziya mülkiyyətinə çevrilə bilməyəcəyi zamandan etibarən şəxsiyyət məhv edilmiş olur.

Deməli, siz etiraf edirsiniz ki, burjuadan, yəni burjua mülkiyyətçisindən başqa heç kəsi şəxsiyyət hesab etmirsiniz. Belə bir şəxsiyyət doğrudan da məhv edilməlidir.

Kommunizm ictimai məhsulları mənimsəmək imkanını heç kəsin əlindən almır, kommunizm yalnız bu mənimsəmə vasitəsi ilə özgə əməyini əsarət altına almaq imkanını aradan qaldırır.

Etiraz edib deyirdilər ki, guya xüsusi mülkiyyət məhv edildikdə, hər cür fəaliyyət dayanar və ümumi bir tənbəllik hökm sürər.

Belə olsaydı, tənbəllik üzündən burjua cəmiyyəti çoxdan məhv olmalı idi, çünki burada zəhmət çəkənlər heç bir şey əldə etmir, əldə edənlər isə zəhmət çəkmirlər. Bütün bu qorxular belə bir tavtologiyadan ibarət olur ki, daha kapital mövcud olmadığına görə, muzdlu əmək də daha yoxdur.

Maddi məhsulların kommunistcəsinə mənimsənilməsi və istehsalı üsuluna qarşı yönəldilən bütün etirazlar əqli əmək məhsullarının mənimsənilməsinə və istehsalına da aiddir. Sinfi mülkiyyətin məhv edilməsi burjuanın nəzərində istehsalın özünün məhv edilməsi demək olduğu kimi, sinfi təhsilin məhv edilməsi də onun nəzərində ümumiyyətlə təhsilin məhv edilməsi deməkdir.

Məhv olacağına burjuanın yas tutduğu təhsil böyük çoxluq üçün maşının əlavəsinə çevrilmək deməkdir.

Lakin burjua mülkiyyətinin ləğv edilməsini azadlıq, təhsil, hüquq və i. a. haqqındakı öz burjua təsəvvürləriniz nöqteyi-nəzərindən qiymətləndirib bizimlə mübahisə etməyin. Sizin ideyalarınızın özü burjua istehsal münasibətlərinin və burjua mülkiyyət münasibətlərinin məhsuludur, eynilə də sizin hüququnuz öz sinfinizin ancaq qanun dərəcəsinə yüksəldilmiş iradəsidir, bu iradənin məzmunu isə öz sinfinizin maddi həyat şəraiti ilə müəyyən edilir.

Öz istehsal və mülkiyyət münasibətlərinizi istehsalın inkişafı prosesində keçici olan tarixi münasibətlərdən təbiət və zəkanın əbədi qanunlarına çevirməyə sizi vadar edən qərəzli təsəvvürünüz keçmişdə hökm sürüb məhv olmuş bütün siniflərin təsəvvürünün eynidir. Antik və ya feodal mülkiyyəti barəsində sizə aydın görünən şeyi burjua mülkiyyətindən bəhs olunarkən siz daha başa düşmək cəsarətində olmursunuz.

Ailənin məhv edilməsi! Ən ifrat radikallar da kommunistlərin bu iyrənc niyyətindən hiddətlənirlər.

Müasir ailə, burjua ailəsi nəyə əsaslanır? Kapitala, xüsusi varlanmaya. Tamamilə inkişaf etmiş şəkildə bu ailə ancaq burjuaziya üçün mövcuddur; lakin onun belə bir əlavəsi də vardır ki, proletarlar məcburiyyət üzündən ailəsiz qalır və açıq fahişəlik baş verir.

Burjua ailəsinin bu əlavəsi aradan qalxdıqda, təbii olaraq, bu ailə də aradan qalxır və kapital yox olduqda, bunların hər ikisi yox olacaqdır.

Bəlkə siz bizi ittiham edirsiniz ki, biz ata-anaların öz uşaqlarını istismar etməsinə son qoymaq istəyirik? Biz bu cinayati etiraf edirik.

Lakin siz iddia edirsiniz ki, biz ev tərbiyəsini ictimai tərbiyə ilə əvəz etməklə, insan üçün ən əziz olan münasibətləri məhv etmək istəyirik.

Məgər sizin tərbiyənizi cəmiyyət müəyyən etmirmi? Məgər bu tərbiyəni sizin tərbiyə verdiyiniz şəraitdəki ictimai münasibətlər müəyyən etmirmi, məktəb və i. a. vasitəsi ilə cəmiyyətin bilavasitə və ya dolayı müdaxiləsi müəyyən etmirmi? Kommunistlər tərbiyəyə cəmiyyətin təsirini uydurmurlar; onlar yalnız tərbiyənin xarakterini dəyişdirir, onu hakim sinfin təsiri altından çıxarırlar.

İri sənayenin inkişafı nəticəsində proletariat arasında bütün ailə əlaqələri nə qədər çox pozulursa, uşaqlar nə qədər çox adi alver şeylərinə və iş alətlərinə çevrilirsə, ailə və tərbiyə haqqında, ata-ana ilə uşaqlar arasında mehriban münasibətlər haqqında burjua boşboğazlıqları da bir o qədər çox nifrət oyadır.

Lakin butün burjuaziya bir ağızdan bağırıb bizə deyir ki, siz kommunistlər arvadları ümumiləşdirmək istəyirsiniz.

Burjua öz arvadına adi bir istehsal aləti kimi baxır. O eşidir ki, istehsal alətlərini ümumi istifadəyə vermək nəzərdə tutulur, buna görə, əlbəttə, belə bir fikirdən uzaqlaşa bilmir ki, qadınların da başına bu cür bir iş gələcəkdir.

O heç xəyalına da gətirmir ki, burada qadının məhz adi bir istehsal aləti olması vəziyyətini aradan qaldırmaqdan bəhs olunur.

Kommunistlərdə arvadların guya rəsmi ümumiliyi barəsində bizim burjuaların yüksək əxlaq sahibləri kimi dəhşətə gəlmələrindən daha külünc bir şey yoxdur. Kommunistlərin arvadları ümumiləşdirmələrinə ehtiyac yoxdur, bu ümumilik, demək olar, hər zaman mövcud olmuşdur.

Bizim burjualar, rəsmi fahişəlik hələ bir yana qalsın, öz fəhlələrinin arvad və qızlarının onların ixtiyarında olması ilə kifayətlənməyərək, bir-birinin arvadlarını ələ keçirməkdən xüsusi bir həzz alırlar.

Burjua kəbini əslində arvadların ümumiliyi deməkdir. Kommunistləri bəlkə də ancağ bunda ittiham etmək olardı ki, guya onlar arvadların riyakarlıqla pərdələnən gizli ümumiliyi əvəzinə rəsmi, açıq ümumiliyini həyata keçirmək istəyirlər. Lakin özlüyündə aydındır ki, indiki istehsal munasibətləri məhv edildikdə, bu münasibətlərdən doğan arvad umumiliyi də, yəni rəsmi və qeyri-rəsmi fahişəlik də yox olacaqdır.

Sonra, kommunistləri ittiham edirlər ki, kuya onlar vətəni, milliyyəti ləğv etmək istəyirlər.

Fəhlələrin vətəni yoxdur. Fəhlələrin olmayan bir şeyini onların əlindən almaq da olmaz. Proletariat ən əvvəl siyasi hökmranlığı ələ almalı, milli sinif vəziyyətinə çatmalı* və bir millət kimi təşəkkül tapmalı olduğundan özü hələ millidir, hərçənd bu millilik heç də burjuaziyanın anladığı mənada deyildir.

  • 1888-ci il ingiliscə nəşrivdə «milli sinif vəziyyətinə çatmalı» sözləri əvəzinə «millətin qabaqcıl sinfi vəziyyətinə çatmalı» çap edilmişdir. Red.

Burjuaziya inkişaf etdikcə, ticarət azadlığı, ümumdünya bazarı yarandıqca, sənaye istehsalı və buna uyğun olan həyat şəraiti eyniləşdikcə, xalqların milli ayrılığı və əkslikləri getdikcə daha çox aradan qalxır.

Proletariatın hökmranlığı bunların aradan qalxmasını daha çox sürətləndirəcəkdir. Qüvvələri birləşdirmək, heç olmazsa, mədəni ölkələrin qüvvələrini birləşdirmək proletariatın azad olması üçün ilk şərtlərdən biridir.

Bir fərdi başqa fərdin istismar etməsi məhv edildiyi dərəcədə, bir milləti başqa millətin istismar etməsi də məhv ediləcəkdir.

Millətlər daxilində siniflərin antaqonizmi ilə birlikdə millətlər arasındakı düşmənçilik münasibətləri də yox olub gedəcəkdir.

Dini, fəlsəfi və ümumiyyətlə ideoloji nöqteyi-nəzərlərdən kommunizmə qarşı irəli sürülən ittihamları ətraflı nəzərdən keçirməyinə dəyməz.

İnsanların həyat şəraiti, onların ictimai münasibətləri, onların ictimai varlığı ilə birlikdə onların təsəvvürlərinin, baxışlarının və anlayışlarının, bir sözlə, onların şüurunun da dəyişildiyini anlamaq üçün məgər xüsusi bir dərin düşüncəmi lazımdır?

İdeyalar tarixi mənəvi istehsalın maddi istehsalla birlikdə dəyişildiyini deyilsə, bəs nəyi sübut edir? hər hansı zəmanənin hakim ideyaları həmişə ancaq hakim sinfin ideyaları olmuşdur.

Bütün cəmiyyəti inqilabiləşdirən ideyalardan bəhs edirlər; bununla da yalnız belə bir faktı ifadə edirlər ki, köhnə cəmiyyət daxilində yeni cəmiyyətin ünsürləri əmələ gəlmişdir, köhnə həyat şəraitinin dağılması ilə yanaşı köhnə ideyalar da dağılır.

Qədim dünya məhv olmağa üz qoyduğu zaman xristian dini qədim dinləri məğlub etdi. XVIII əsrdə maarifçilik ideyalarının zərbələri altında xristianlıq ideyaları məhv olduğu zaman feodalizm cəmiyyəti o vaxt inqilabçı olan burjuaziya ilə ölüm-dirim döyüşünə kirmişdi. Viçdan və din azadlığı ideyaları bilik sahəsində yalnız azad rəqabətin hökmranlığını ifadə edirdi.

Bizə deyə bilərlər: «lakin dini, mənəvi, fəlsəfi, siyasi, hüquqi ideyalar və i. a. tarixi inkişaf gedişində, əlbəttə, dəyişilmişdir. Din, əxlaq, fəlsəfə, siyasət, hüquq isə arasıkəsilməyən bu dəyişilmə zamanı daim qalmışdır.

Bundan əlavə, ictimai inkişafın bütün mərhələləri üçün ümumi olan azadlıq, ədalət və i. a. kimi əbədi həqiqətlər vardır. Kommunizm isə əbədi həqiqətləri ləğv edir, dini, əxlaqı yeniləşdirmək əvəzinə bunları ləğv edir; deməli, kommunizm tarixi inkişafın bütün əvvəlki gedişinə ziddir».

Bu ittiham nədən ibarətdir? İndiyə qədər mövcud olmuş bütün cəmiyyətlərin tarixi müxtəlif dövrlərdə müxtəlif şəkillər alan sinfi əksliklər daxilində hərəkət etmişdir.

Lakin bu əksliklər nə kimi formalarda olsa da, cəmiyyətin bir hissəsini digər hissəsinin istismar etməsi bütün keçmiş əsrlər üçün ümumi olan bir faktdır. Buna görə də təəccüblü deyildir ki, bütün əsrlərdəki ictimai şüur, bütün müxtəlifliyinə və bütün fərqlərinə baxmayaraq, müəyyən ümumi formalarda hərəkət edir, elə şüur formalarında hərəkət edir ki, bunlar yalnız siniflərin əksliyi qəti surətdə yox olacağı zaman tamamilə yox olacaqdır.

Kommunist inqilabı keçmişdən irs qalan mülkiyyət münasibətləri ilə əlaqənin ən qəti surətdə kəsilməsi deməkdir; təaçcüblü deyildir ki, öz inkişafı gedişində bu inqilab keçmişdən irs qalan ideyalarla əlaqəni ən qəti surətdə kəsir.

Lakin burjuaziyanın kommunizmə qarşı etirazlarını bir kənara qoyaq.

Biz artıq yuxarıda gördük ki, fəhlə inqilabında birinci addım proletariatın hakim sinfə çevrilməsi, demokratiya əldə edilməsidir.

Proletariat öz siyasi hökmranlığından bütün kapitalı addımbaadım burjuaziyanın əlindan almaq, bütün istehsal alətlərini dövlətin, yəni hakim sinif halında təşkil olunmuş proletariatın əlində mərkəzləşdirmək və məhsuldar qüvvələr məcmusunu mümkün qədər sürətlə artırmaq üçün istifadə edəcəkdir.

Bu, əlbəttə, əvvəlcə mülkiyyət hüququna və burjua istehsal münasibətlərinə ancaq zorakı müdaxilə vasitəsi ilə, yəni iqtisadi cəhətdən yarıtmaz və əsassız görünən, lakin hərəkət gedişində böyüyüb öz çərçivəsindən kənara çıxan* və bütün istehsal üsulunda çevriliş üçün bir vasitə kimi labüd olan tədbirlər vasitəsi ilə mümkündür.

  • 1888-ci il ingiliscə nəşrində «böyüyüb öz çərçivəsndən kənara çıxan» sözlərindən sonra «köhnə ictimai quruluş üzərinə yeni həmlələri zəruri edən» sözləri əlavə olunmuşdur. Red.

Əlbəttə, müxtəlif ölkələrdə bu tədbirlər müxtəlif olacaqdır.

Lakin ən qabaqcıl ölkələrin, demək olar, hamısında aşağıdakı tədbirlər tətbiq edilə bilər:

1. Torpaq mülkiyyətindən məhrum etmək və torpaq rentasından dövlət xərclərinin ödənilməsi üçün istifadə etmək.

2. Yüksək mütərəqqi vergi.

3. Vərəsəlik hüququnu, ləğv etmək.

4. Bütün mühacirələrin və qiyamçıların əmlakını müsadirə etmək.

5. Dövlət kapitalına və müstəsna inhisara malik milli bank vasitəsi ilə krediti dövlət əlində mərkəzləşdirmək.

6. Bütün nəqliyyatı dövlətin əlində mərkəzləşdirmək.

7. Ümumi plan üzrə dövlət fabriklərinin, istehsal alətlərinin sayını artırmaq, torpaqları əkin üçün təmizləmək və yaxşılaşdırmaq.

8. Əməyin hamı üçün eyni dərəcədə məcburiliyi, sənaye orduları təşkil etmək, xüsusən əkinçilik üçün belə ordular təşkil etmək.

9. Əkinçiliyi sənaye ilə birləşdirmək, şəhərlə kənd arasındakı fərqin* tədricən aradan qaldırılmasına kömək etmək.

10. Bütün uşaqlara ictimai və pulsuz tərbiyə vermək. Fabriklərdə müasir formadakı uşaq əməyini aradan qaldırmaq. Tərbiyəni maddi istehsalla birləşdirmək və i. a.

  • 1848-ci il nəşrində «şəhərlə kənd arasındakı əksliyin» yazılmışdır. 1872-ci il nəşrində və almanca sonrakı nəşrlərində «əksliyin» sözü «fərqin» sözü ilə əvəz edilmişdir. 1888-ci il ingiliscə nəşrində «şəhərlə kənd arqsındakı fərqin tədricən aradan qaldırılmasına kömək etmək» sözləri əvəzinə «əhalinin bütün ölkədə daha bərabər surətdə bölüşdürülməsi yolu ilə şəhərlə kənd arasındakı fərqin tədricən aradan qaldırılması» çap edilmişdir. Red.

İnkişaf gedişində sinfi fərqlər məhv olacağı və butün istehsal fərdlərin assosiasiyası əlində toplaşacağı zaman ictimai hakimiyyət öz siyasi xarakterini itirəcəkdir. Sözün əsil mənasında siyasi hakimiyyət bir sinfi əzmək üçün digər sinfin mütəşəkkil zorakılığıdır. Burjuaziyaya qarşı mübarizədə proletariat hökmən bir sinif halında birləşirsə, inqilab yolu ilə özünü hakim sinfə çevirirsə və hakim sinif olub köhnə istehsal münasibətlərini zorla ləğv edirsə, bu istehsal münasibətləri ilə birlikdə o, sinfi əksliyin mövcud olması şəraitini məhv edir, ümumiyyətlə sinifləri məhv edir, bununla birlikdə bir sinif olmaq etibarı ilə öz hökmranlığını da məhv edir.

Siniflərin və sinfi əksliklərin mövcud olduğu köhnə burjua cəmiyyətinin yerini elə bir assosiasiya tutur ki, burada hər kəsin azad inkişafı hamının azad inkişafı üçün şərtdir.

Kommunist Partiyasının Manifesti/III hissə
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR