Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kariyesə qarşı yeni metodu kəşf edilib

Kariyesə qarşı yeni metodu kəşf edilib
Sakura

Bu üsul ağız boşluğunda yaşayan faydalı bakteriyalara zərər vermir

 

 Serium -oksid nanohissəcikləri, ağızda yaşayan bakteriyaların biofilm meydana gətirməsinin qarşısını alır.

 İllinoys (ABŞ)  ştatı Universitetinin  mütəxəssisləri tərəfindən aparılan araşdırmanın nəticələri Amerika Kimya  Cəmiyyətinin virtual konfransının gedişi zamanı təqdim olunub.

 Ağız boşluğunda 700-dən  çox bakteriya növü mövcuddur və onların bir çoxu qidaların həzm edilməsinə və ya ağız mikroflorasının balansını idarə etməyə kömək edir.  Lakin bunların arasında zərərli streptokok bakteriyaları, o cümlədən Streptococcus mutans da var - onlar karbohidratlardan enerji mənbəyi kimi istifadə edərək dişlərin səthində güclü  bakteriya biolenti əmələ gətirirlər,  hansı ki, dişləri təmizləyərkən bunu çıxarmaq çox çətin olur.  Şəkərin emalı zamanı streptokok bakteriyaları tərəfindən ifraz olunan turşular diş emalını korlayır, bu da karies boşluğunun yaranmasına səbəb olur.

 Gümüşün nitratından və ya qalayın ftoridindən istifadə edən kariyesin profilaktikasının mövcud metodlarının çatışmazlığı ondan ibarətdir ki, onlar ağız boşluğunda zərərverici, həm də faydalı bakteriyaları öldürür.

 Russell Pesavento və həmkarları, tərkibində serium- oksidi nanohissəcikləri olan sulu  məhlulun tətbiqinə əsaslanan alternativ bir profilaktik üsul təklif ediblər.  Laboratoriya təcrübələri göstərdi ki, serium- oksidi nanohissəciklərinin iştirakı ilə S. mutans bakteriyası əlverişli şəraitə baxmayaraq, diş minasının səthinə bərkidilmiş biolent yarada bilməz.  Eyni zamanda, bu üsul ağız boşluğunda yaşayan faydalı bakteriyalara zərər vermir və orqanizm üçün gümüş nitrati qədər zərərli deyil.

 Alimlər artıq bu yeni kəşf üçün patent alıblar,  kariyesin profilaktikası üçün nəzərdə tutulmuş və özündə serium-oksidi nanohissəcikləri  ilə yanaşı diş minasını bərkidən florid birləşmələrini də ehtiva edən  son məhsulu buraxmağı planlaşdırırlar.

Mənbə: mail.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR