Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kardioloq: Soyuq hava infarkt riskini artırır

Kardioloq: Soyuq hava infarkt riskini artırır
Sakura

Kardioloq: Soyuq hava infarkt riskini artırır

Ürək problemləri olanlar soyuq havada çox qalmamalıdırlarSoyuq hava miokard infarkt riskini artırır.

Buna görə də qış aylarında infarkt olanların sayında ciddi artım qeydə alınır. Bunu türkiyəli kardioloq İsmayıl Erdoğu bildirir.

Havaların soyuduğunu deyən həkim, bu cür havanın sinə ağrılarını artırdığını, iqlim dəyişikliyinin ürəyə zərərli olduğunu vurğulayıb: “Soyuq qış aylarında ürəyində problemləri, xəstəliyi olanlar çölə çıxanda paltarlarını havaya uyğun seçməlidirlər. Soyuq havalarda idmanla çox məşğul olmamalı, bacardıqları qədər soyuq havada az qalmalıdırlar. Soyuq havaya çıxdıqları zaman sinələrində təzyiq, yanma kimi şikayətləri olanlar gecikmədən bu barədə həkimə bildirməlidirlər”.

Mövsümünn dəyişilməsi ilə əlaqədar olaraq insanların qidalanma tərzlərində də dəyişiklik olduğunu deyən kardioloq diqqətə çatdırıb ki,  qışda təzə meyvə-tərəvəz tapmaq çətindir: “Ona görə də xəstələr adətən konservləşdirilimiş qidalar yeyir, eyni zamanda yağlı yeməklərə üstünlük verirlər. Amma ürək narahatlığı olanlar, şəkər xəstələri qış aylarında da qidalanma rejimlərinə diqqət etməlidirlər.

Mənbə: Gencaile

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR