Slimfit
  1. İDMAN

Karate üzrə Azərbaycan millisi yeni mövsümün hazırlığına başlayıb

Karate üzrə Azərbaycan millisi yeni mövsümün hazırlığına başlayıb
Sakura

Karate üzrə Azərbaycan millisi yeni mövsümün hazırlığına başlayıb

Karate üzrə Azərbaycan millisi 2019-cu il mövsümünün hazırlıq prosesinə start verib.

Report” Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, böyüklərdən ibarət yığma Qəbələdə təlim-məşq toplanışına başlayıb. Baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev (kumite) və Vahid Ayvazovun (kata üzrə baş məşqçi) rəhbərliyi ilə hazırlıqlara milli komandanın əsas və əvəzedici heyəti qatılıb. Mövsümün ilk təlim-məşq toplanışı yanvarın 21-də başa çatacaq.

Karateçilər yanvarın 23-də Fransaya, “Karate1” Paris Premyer Liqası yarışına yola düşəcəklər. Yığmanı il ərzində Parislə yananşı, Dubay, Rabat, Şanxay, Tokio, Moskva və Madriddə Premyer Liqa yarışları, Zalsburq, İstanbul, Monreal və Santyaqoda A seriyası turnirləri, həmçinin martın sonunda İspaniyanın Qvadalaxara şəhərində 54-cü Avropa çempionatı gözləyir.

“Karate1” seriyasından olan Premyer Liqa və A seriyası turnirləri daxil olmaqla, bü rəsmi yarışlar idmançılara dünya reytinqindən əlavə, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya verən reytinq xalları qazandırır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR