Slimfit
  1. CƏMİYYƏT

Karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA

Karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA
Sakura

Karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA

“Karantin rejimində yenidən sərtləşmələr ola bilər”.

Ens.az xəbər verir ki,bunu KONKRET.az açıqlamasında avqustun 11-də yoluxanların sayının artmasını şərh edən deputat Fazil Mustafa bildirib.

Milli Məclisin üzvü deyib ki, çox güman ki, karantin rejimi yenidən sərtləşməyə gedəcək:

“Çünki çimərliklərdə və digər yerlərdə insanlar kütləvi toplaşırlar. Hamı ağız-ağıza söhbətləşir. Özlərini elə aparırlar ki, elə bil heç bir problem yoxdur. İnsanlar sanki koronavirus pandemiyası bitmiş kimi davranırlar. Belə bir düşüncəylə məsələyə baxış var. Düzdür, problemin mahiyyətini anlayan insanlar da kifayət qədərdir. Amma onların özlərinə zərər vurulur, çünki hər adama da demək olmur ki, çox yaxın durma. Kiməsə bu sözü deyən də bəzən olur ki, hətta inciyir. Bəziləri əvvəl deyirdi ki, bu xəstəlik boş şeydi, koronavirus yoxdur. Bu gün isə deyirlər ki, artıq bu xəstəllik keçib gedib, heç nə olan deyil”.

Fazil Mustafa fikrini belə tamamlayıb:

“Bu iki cahil düşüncənin girovuna çevrilmişik. Ona görə də istər avtobusda, istərsə də başqa qapalı məkanlarda maska taxmamaqla, sosial məsafəni gözləməməklə həqiqətən də özləri ilə yanaşı insanlar digər vətəndaşlara da zülm verirlər. Maarifçiliklə də bu problemi aradan qaldırmaq mümkün deyil”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR