Slimfit
  1. AZƏRBAYCAN

“Karantin qaydalarına riayət edən sərnişinlərə təşəkkür edirik” - RƏY

“Karantin qaydalarına riayət edən sərnişinlərə təşəkkür edirik” - RƏY
Sakura

“Karantin qaydalarına riayət edən sərnişinlərə təşəkkür edirik” - RƏY

Xüsusi karantin rejiminin gücləndirilməsi işləri çərçivəsində metro stansiyalarının fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) daha 5 xüsusi ekspres marşrut xətti təşkil edib. Agentlikdən verilən məlumatda bildirilib ki, ilk növbədə, məqsəd həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.

Nəqliyyat üzrə ekspert Yasin MustafayevReport”a açıqlamasında BNA tərəfindən ekspres xətlərin təşkil edilməsini yüksək qiymətləndirdiyini bildirib:

“Koronavirus pandemiyası dünyada geniş şəkildə yayılıb və dünyanın bir çox yüksək maddi imkanlara malik ölkələrində qarşısıalınmaz hala çevrilib. Eyni vəziyyətin bizdə də yayılmaması üçün tətbiq edilən karantin qaydalarına riayət etməliyik. Bu virusa yoluxma ictimai yerlərdə, xüsusən də ictimai nəqliyyatda baş verə bilər. İctimai nəqliyyat vasitələrində qapalı mühit olduğuna görə orda virusa yoluxma ehtimalı daha böyükdür. Bu baxımdan metrolar avtobuslara nisbətən daha təhlükəlidir. Çünki orda açıq hava şəraiti yoxdur. Bunu nəzərə alaraq BNA-nın son zamanlar əlavə ekspres xətlər istifadəyə verməsini yüksək qiymətləndirirəm. Elə vətəndaşlar var ki, onlar evdən çıxıb işə getməyə məcburdurlar. Həmin vətəndaşları daşımaq üçün BNA-nın avtobuslar ayırması çox təqdirəlayiqdir. Digər tərəfdən, BNA avtobuslarda qoruyucu tədbirlər həyata keçirir və monitorlara yerləşdirdiyi videoçarxlar vasitəsilə virus əleyhinə maarifləndirici addımlar atır. Biz də nəqliyyat sahəsi üzrə mütəxəssis olaraq vətəndaşlarımızı həm tətbiq edilən xüsusi karantin qaydalarına riayət etməyə təşviq edir, həm də bu qaydalara riayət edənlərə öz təşəkkürümüzü bildiririk. Bütün insanları tətbiq olunan qanunlara riayət etməyə, izolyasiya çağırışlarına uyğun davranmağa çağırırıq. Hamımız əlbir şəkildə fəaliyyət göstərsək, bu virusa qalib gələ bilərik”.

Qeyd edək ki, BNA-nın bu gündən təşkil etdiyi M3, M4, M5, M6 və M7 ekspres xətləri üzrə avtobuslar səhər saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Daha əvvəl təşkil olunan M1 və M2 ekspres xətlərinin iş qrafiki isə (06:00-22:00) dəyişməz qalır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR