Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kanalizasiya COVID-19 yayılmasına imkan yarada bilər

Kanalizasiya COVID-19 yayılmasına imkan yarada bilər
Sakura

Kanalizasiya COVID-19 yayılmasına imkan yarada bilər

Alimlər koronavirusun yalnız hava damlaları ilə deyil, nəcis-oral yoluyla da ötürüldüyünü istisna etmirlər.

Ens.az saytı bildirir ki, bu, Stirlinq Universitetinin (Böyük Britaniya) ekoloji bioloqlarının bugünlərdə dərc edilmiş məqaləsində vurğulanıb.

"Artıq hamıya məlumdur ki, COVID-19 ya öskürək və asqırma zamanı havaya düşən damcılar vasitəsilə və ya virus hissəcikləri olan damlacıqların düşüb qaldığı obyekt və ya materiallar vasitəsilə yayılır. Ancaq son zamanlarda təsdiq olunub ki, virus xəstənin tənəffüs yollarından tamamilə çıxdıqdan sonra bir ay ərzində onun nəcisində qala bilir. Bu vəziyyət artan təhlükə ola bilər", deyə professor Riçard Quilliam və həmkarları yazırlar.

Eyni zamanda, bioloqlar Çin xəstəxanalarının çirkab sularında tapılan SARS-CoV-1 SARS-ın törədicisi olan yeni koronavirus SARS-CoV-2-nin yaxın qohumunun nümunəsinə istinad edirlər. Su mühitində COVID-19 patogeninin nə qədər aktiv qala biləcəyi barədə məlumat verilmir, ancaq ətraf mühitin vəziyyətindən asılı olaraq digər koronaviruslar kanalizasiya kanallarında iki həftəyə qədər yaşaya bilər.

Virusun çirkab sularında olması, onun aerozol vəziyyətinə keçməsi, yəni atmosferdə kiçik maye damcıları ilə səpələnmə riskini artırır.  Bu, çirkab suların kanalizasiya sistemi vasitəsilə axması, çirkab suların təmizlənməsi və digər bu kimi əməliyyatlar zamanı baş verə bilər. Bu vəziyyətdə, kanalizasiya nasos stansiyalarında, təmizləyici qurğularda, su təsərrüfatında çalışan işçilər, habelə bu yerlərə yaxın olan insanlar hava damcıları ilə yoluxma riski altındadır. Nəcis-oral yolu ilə ötürülməyə gəldikdə, bu,  xüsusilə zəif sanitariya şəraiti ilə dünyanın bəzi yerlərində yayıla bilər.

Bununla əlaqədar olaraq, məqalə müəllifləri vurğulayırlar ki, COVID-19-un nəcis-oral yolu ilə, eləcə də kanalizasiya yolu ilə ötürülmə ehtimalı ilə əlaqədar riskləri öyrənmək üçün resurslar  ayırmaq lazımdır.

 

Mənbə: mail.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR