Dərc edildi: Baxış sayı: 490
Kanada delfinlərə və balinalara "azadlıq verdi"
Kanada parlamenti ölkə ərazisində qapalı su hövzələrində, okeanariumlarda delfin və balinaların saxlanmasını qadağan edən qanun layihəsini qəbul edib.
Trend-in məlumatına görə, qanun layihəsi general-qubernator Jüli Peyettin təsdiqindən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, bu layihə "Yaşıl partiya" lideri Elizabet Mey tərəfindən hələ 2015-ci ildə irəli sürülüb. Qərarın qəbul edildiyi günü isə o, ölkə heyvanları üçün gözəl gün adlandırıb.
Kanada ərazisində təxminən 50 delfin və balina hazırda Niaqara-Folls və Vankuver şəhərlərindəki okeanariumlarda saxlanılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət