Slimfit
  1. CƏMİYYƏT

Kamran Əliyev: “Elə düşünməsinlər ki, karantin postlarında onlara hansısa şərtlərlə icazə veriləcək”

Kamran Əliyev: “Elə düşünməsinlər ki, karantin postlarında onlara hansısa şərtlərlə icazə veriləcək”
Sakura

Kamran Əliyev: “Elə düşünməsinlər ki, karantin postlarında onlara hansısa şərtlərlə icazə veriləcək”

“Səkkiz inzibati ərazi üzrə sərt karantin rejiminin tətbiqinə ciddi nəzarət ediləcək”. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, Bakı, Sumqayıt və Abşeronda qeydiyyatda olan şəxslər rayonlara getməyə cəhd edib:

“Təkcə dünən şəhərlərarası sərhədlərdə beş min avtomobil saxlanılıb. Onlardan dörd mini Bakı istiqamətinə, min avtomobil isə rayon istiqamətinə qaytarılıb. Elə düşünməsinlər ki, karantin postlarında onlara hansısa şərtlərlə icazə veriləcək. Buna görə polis əməkdaşları ilə mübahisə yaratmaq lazım deyil. 

Əgər siz Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının sizə bildirdiyi qaydalardan narazısınızsa, DİN-in qaynar xəttinə müraciət edə bilərsiniz”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR