Dərc edildi: Baxış sayı: 862
Kamran Əliyev 5 rayonun prokurorunu təqaüdə göndərdi
Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib.
Ens.az Sabah.az-a istinadən xəbər verir ki, bununla bağlı yeni Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər təqaüdə göndərilib:
Xətai rayon prokuroru Yusif İldırımzadə,
Sabunçu rayon prokuroru Ceyhun Şirinov,
Nəsimi rayon prokuroru Salman Məmmədli,
Qəbələ rayon prokuroru Məqsəd Orucov,
Yevlax rayon prokuroru Elxan Pənahov.
Eyni zamanda Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da təqaüdə göndərilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət