Dərc edildi: Baxış sayı: 660
'KamAZ' və Gəncə Avtomobil Zavodu arasında müqavilə imzalanıb
Gəncə Avtomobil Zavodu "KamAZ" şirkəti ilə 400 milyon rubl həcmində avtomobil hissələrinin tədarükünə dair müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə TASS Rusiyanın Sənaye və Ticarət Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, ən böyük səhmdarı "Rostex" dövlət korporasiyası olan "KamAZ" şirkəti ağır yük maşınları və dizel mühərriklərinin istehsalı üzrə dünyanın qabaqcıl istehsalçılarındandır.
Gəncə Avtomobil Zavodu 2004-cü ilin dekabrından fəaliyyət göstərir. Hazırda zavodda "Belarus" traktorları və MAZ, KAMAZ və "Ural" avtomobillərinin yığımı həyata keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət