Dərc edildi: Baxış sayı: 618
Kalba Molla İsmayıl - Qaldı
Əcəl yastığına başım gələndə,
Fikir-xəyalımda nə isə qaldı.
Əynimə geymişdim zərinən-zuba,
Əynimdə libasım nə isə qaldı.
Qızılım, gümüşüm, dövləti-varım,
Qılıncım, qalxanım, yox havadarım,
Oğulum, uşağım, gül üzlü yarım,
O köhlən atlarım nə isə qaldı.
Nə alim olasan Cəbrayıl kimi,
Nə canlar alasan Əzrayıl kimi,
Nə fağır olasan İsmayıl kimi,
Ouranım, kitabım nə isə qaldı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət