Kafe və restoranlar yenidən bağlanır? - RƏSMİ CAVAB
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə obyektlərinin yenidən bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, əgər koronavirusa yoluxma sayı kəskin artsa, idarəolunmaz səviyyəyə gəlib çatsa, sağalma sayını kəskin üstələsə, bu zaman müəyyən məhdudlaşmaların tətbiqi gözlənilə bilər: "Düzdür, artıq bütün dünya ölkələri kimi, Azərbaycan da virusla mübarizədə yeni təcrübələr əldə edib. Yeni təcrübələr də əsas verir ki, daha az məhdudlaşmaya getməklə tənzimləmə mümkün olsun.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son göstərişində məsələ bundan ibarətdir ki, sosial məsafə gözlənilsin, maskadan istifadə olunsun və şəxsi gigiyena qaydalarına riayət edilsin. Bütün bunlar məsələnin böyük hissəsini həll edir. Əgər hər kəs öz üzərinə düşən vətəndaş məsuliyyətini yerinə yetirsə, yoluxma sayı da azalacaq, eyni zamanda məhdudlaşmaların tətbiqinə zərurət də olmayacaq. Məsələyə yeni əldə edilmiş təcrübə ilə daha liberal yanaşıla bilər, amma burada son sözü Nazirlər Kabineti və Operativ Qərargah deyir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət