Slimfit
  1. DÜNYA

Kadırovun pulemyotlarla paylaşdığı fotoya Kremldən şərh gəldi

Kadırovun pulemyotlarla paylaşdığı fotoya Kremldən şərh gəldi
Sakura

Kadırovun pulemyotlarla paylaşdığı fotoya Kremldən şərh gəldi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan başçısı Ramzan Kadırovun silah otağından paylaşdığı fotonu şərh edib.

REN TV xəbər verir ki, Kremlin sözçüsü R.Kadırovun hərəkətlərində qanundankənar heç nə olmadığını söyləyib.

“Qanunla nəzərdə tutulan qaydada silaha sahib olmaqda heç bir problem yoxdur”, - deyə, D.Peskov Çeçenistan rəhbərinin şəkillərinə münasibət bildirərkən qeyd edib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti R.Kadırovu insan haqlarını pozmaqda ittiham edərək, ölkəyə girişinə qadağa qoyub.

R.Kadırov isə silahla fotolarını “Telegram”dakı səhifəsində paylaşaraq, “döyüşü qəbul etdiyini” və “bundan sonra daha maraqlı olacağını” yazıb.

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR