Dərc edildi: Baxış sayı: 999
Jukovun Stalinə raportu yayımlandı: Nələr yazıb?
Rusiya Hərbi Tarixi Cəmiyyəti 1-ci Belarus cəbhəsinin komandanı marşal Georgi Jukovun İosif Stalinə Adolf Hitler və Yozef Gebbelsin intiharına dair verdiyi raportu ictimaiyyətə təqdim edib.
Axar.az xəbər verir ki, sənəddə nasist Almaniyasının hər iki rəhbər şəxsinin 30 aprel 1945-ci ildə Berlində intihar etdiyi bildirilib.
Raporta, həmçinin “Smerş” təşkilatının Gebbelsin şəxsi aşpazı Vilhelm Lanqe və qarajının rəisi Şnayderdən aldığı ifadələr də daxil edilib. Onlar Hitlerin 30 apreldə öldüyünü təsdiqləsələr də, onun harada dəfn edildiyini soyləməyiblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət