Slimfit
  1. MƏŞHURLAR

Jean René Lacoste - Məşhur Tennisçi, İş Adamı, “Lacoste” brendinin yaradıcısı

Jean René Lacoste - Məşhur Tennisçi, İş Adamı, “Lacoste” brendinin yaradıcısı
Sakura

Jean René Lacoste - Məşhur Tennisçi, İş Adamı, “Lacoste” brendinin yaradıcısı

Jean René Lacoste Fransız tennisçi və iş adamı idi. O, rəqiblərinin öhdəsindən uğurla gəldiyinə görə "Timsah" ləqəbini almışdır. 1929-cu ildə təqdim etdiyi Lacoste tennis formasına görə dünya səviyyəsində tanınmağa başladı.

Tennis əfsanəsi? Adını verdiyi brendin yaradıcısı? René Lacoste : ədalətli oyuna inanan eleqant tennis oyunçusu, bir geyim inqilabının arxasındakı yaradıcı insan.

1927-ci ildə Grand Slam turnirlərində qələbə qazandıqdan sonra dünyanın bir nömrəli oyunçusu oldu. Onun müvəffəqiyyəti, əfsanəsini yaratmağa kömək edən eyni keyfiyyətləri - əzmkarlığı və qüdrəti ilə bağlıdır.

1926-1927-ci illərdə Amerka Açıq Tennis Müsabiqəsinin çempionluğunu iki dəfə qazanan ilk əcnəbi olaraq tarixə düşdü.

1929-cu ildə Fransa Açıq Tennis Müsabiqəsində çempion olduqdan sonra tennis karyerasına son verir.

Timsah – Simvolun hekayəsi

1923 - cü ildə “Davis Cup” komandası ilə Bostona edilən səyahət əsnasında René Lacoste bir timsah çantası görür. Məşqçisi oyundan əvvəl “Əgər qalib gəlsən, onu sənə alacam” zarafatını edir. Bu zarafat yaxınlıqdakı jurnalistlərdən biri tərəfindən eşidilərək “The Alligator” ləqəbini formalaşdırır. Sonralar bu ləqəb marka embleminə çevrilir.

Komanda Ruhu – Uğurun sirri.

O, deyirdi: “Because of our common objective, we share a real team spirit.”(Ortaq hədəflərimiz, bizə əsl komanda ruhunu paylaşmağa imkan verir). Bu yaradıcı insanın arxasında “Simone Lacoste” və onların qızı “Catherine” kimi qolf çempionları dayanırdı ki, uğurlarına rəqib yox idi.

 

Fuad VAHABZADƏ

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR